13 C
Baku
Thursday, November 14, 2024

Marketinq Departamentində Menecer – AccessBank

0
Bakı
13.12.2022

Təsvir:

  • Yerli bazar araşdırması və təhlilinin aparılması. Biznes, brend, hədəf bazar və rəqib kontekstində markalaşdırma, marketinq və kommunikasiya strategiyasının formalaşdırılması barədə məlumatlandırmaq;
  • Korporativ, Kiçik və Orta Müəssisələr və Fərdi Bankçılıq seqmentləri ilə sıx əməkdaşlıq çərçivəsində marketinq və reklam kampaniyaları hazırlamaq, detallı planlar hazırlamaq, və kampaniyanı müxtəlif kanallar üzrə idarə etmək və daha sonra onun effektivliyini qiymətləndirmək;
  • Müvafiq seqmentlər üzrə marketinq tədbirlərinin idarə edilməsi və daha sonra onun effektivliyinin qiymətləndirilməsi;
  • Marketinq və reklam kampaniyaları hazırlanması və həyata keçirilməsi, Korporativ, Kiçik və Orta və Fərdi bankçılıq seqmentləri ilə sıx əməkdaşlıq çərçivəsində detallı marketinq planlarının hazırlanması;
  • Potensial müştəri cəlb etmə kampaniyalarının idarə edilməsi və təkmilləşdirilməsi, daha sonra onların səmərəliliyinin qiymətləndirilməsi;
  • Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt kontentinin, reklamların, və marketinq planlarına uyğun digər marketinqlə əlaqəli kontentlərin hazırlanması;
  • Korporativ, Kiçik və Orta Müəssisələr üzrə bankçılıq və Fərdi bankçılıq seqmentləri üzrə marketinq tədbirlərinin idarə edilməsi və daha sonra onların səmərəliliyinin qiymətləndirilməsi;
  • Hazırlanmış bütün marketinq fəaliyyətlərinin marka mövqeləndirmə və təlimatlara uyğun olmasını təmin etmək;
  • Toplanmış məlumatlar və digər iradlara cavab olaraq marketinq kampaniyaları və strategiyalarının lazımi qaydada monitorinqi və tənzimlənməsi; rəqib kampaniyaların qiymətləndirilməsi, mümkün inkişaf üçün müştərilərdən və məhsul sahiblərindən rəylər toplanılması;
  • Bütün marketinq və satış məlumatlarına nəzarət edilməsi və onların yuxarı rəhbərliyə detallı yazılı hesabat şəklində və şifahi formada təqdim edilməsi; Bütün marketinq fəaliyyətlərinin effektivliyinin qiymətləndirilməsi;
  • Sosial reklam kampaniyaları hazırlanması və idarə edilməsi, sosial şəbəkələrdə verilən rəylərin izlənilməsi və onların cavablandırılması;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 5 ildən çox iş təcrübəsi;
  • Mükəmməl kommunikasiya bacarığı;
  • Tapşırıqların bölüşdürülməsi və prioritetləşdirilməsi bacarığı;
  • Büdcəni idarə etmək bacarığı;
  • Azərbaycan, İngilis, Rus dillərində səlis danışıq/yazı bacarığı.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi