Marketinq Meneceri
• Yeni müştərilərin analizi və potensial müştəri bazasının yaradılması
• Şirkətin fəaliyyətinə uyğun marketinq strategiyalarının hazırlanması və yeni ideyaların təqdim edilməsi
• Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketing fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
• Rəqiblərin araşdırılması və müvafiq təkliflərin hazırlanması
• Marketinq və satışın planlaşdırılması və hesabatlar
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
• Şirkətin yeni və mövcud layihələr üzrə marketinq və satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi
• Reklam və tanıtım ehtiyaclarının təyin edilməsi ( bütün çap materiallarının sifarişi və nəzarətin həyata keçirilməsi , reklamların və digər aktivliklərin sifarişinə, hazırlanmasına nəzarət edilməsi)
• Promoaksiyalarını və təkliflərini hazırlanması
• Sosial şəbəkələrdə və saytda carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və sosial şəbəkələrdə aksiyaların keçirilməsinə dair büdcənin müəyyənləşdirilməsi, büdcə xərcləri hesabatının aparılması
• Bukletlərin paylanması üzrə planın tərtibi və nəzarəti
• Partyonlar ilə birlikdə aksiyaların hazırlanması
• Lazım olan prezentasiyaların və dizaynların hazırlanması
• Müştərilər tərəfindən olan şikayətlərə ciddi nəzarət (sosial şəbəkələrdə, telefonla zənglər, anket-sualçıda olan şikayətlər).
Tələblər :
– Ali təhsil
– Azərbaycan, Rus və İngilis dillərini mükəmməl səviyyədə bilməli
– Marketinq sahəsində ən azı 3 il iş təcrübəsi
– Marketinqin və satışın əsasları və təşkili üzrə əsas metod və vasitələri bilməli
– Marketinq strategiya və planların hazırlanması metodologiyasını, bazarda mövqeləşmə və seqmentasiya üsullarını bilməli
– Yüksək idarəcilik və təşkilatcılıq bacarığları
– Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı yüksək olmalıdır
– Nəqliyyat və yataqxana ilə təmin olunma;
– Nahar ilə təmin olunma;
– Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini [email protected] ünvanlarına göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Turizm və otelçilik |