Qəbələ
10.03.2023
Vəzifə öhdəlikləri:
- Rəqəmsal strategiyanın yaradılmasında iştirak etmək;
- Rəqəmsal marketinq kompaniyalarının planlaması, icrası, ölçülməsi və hesabatlılığı; bu istiqamətdə olan son trend və alətlərdən istifadə edərək reklam büdcələrinin optimallaşdırılması və kompaniyaların effektivliyinin artırılması;
- Vebsayt fəaliyyətlərinin icra edilməsi: cari vebsaytların performansının yüksəldilməsi, məzmunların dəyişdirilməsi, istifadəçilərin idarə edilməsi, yeni vebsaytların yaradılması proseslərinin idarə edilməsi;
- Rəqəmsal B2C kommunikasiya (Email&SMS marketinqi);
- Üçüncü tərəflərin koordinasiya edilməsi;
- Kommunikasiya, satış və əməliyyat şöbələri ilə sıx ünsiyyətdə olub birgə çalışmaq;
- Marketinq əməliyyatlarına aid digər tapşırıqların icrası.
Tələb olunan keyfiyyətlər:
- Email marketinqi, məzmun marketinqi (content marketing), Google Adwords, Google Analytics, SEO, Sosial media reklamları istiqamətində təcrübə;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət, təqdimat bacarığı;
- Azərbaycan dilini peşəkar, İngilis dilini əla səviyyədə bilmək. Rus dili biliyi üstünlükdür;
- Planlı, dəqiq və punktual olmaq;
- Araşdırmaçı, öyrənməyə açıq, yaradıcı və innovativ xarakter;
- Layihələrin idarə edilməsi, təşkilatçılıq, tapşırıqları prioritetləşdirmə bacarığı
- Komandada işləmək bacarığı.
- Bu sahə üzrə 2-3 il iş təcrübəsi.
Təminatlar:
- AR qanunvericiliyinə uyğun rəsmiləşmə;
- 5 günlük iş həftəsi;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Korporativ mobil nömrə və danışıq limiti.
- Əmək haqqı: Müsahibə əsasında
İş yeri Qəbələ şəhərindədir.
Qəbələdən kənar regionlardan cəlb olunan əməkdaşlara yaşayış yeri ilə bağlı köməklik göstərilə bilər. Frilans və distant çalışma sorğuları nəzərdən keçirilmir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Marketinq mütəxəssisi) göstərilməklə göndərmələri xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Turizm və otelçilik |