Marketinq şöbəsinin rəhbəri – Melissa Group

    Bakı
    Posted 2 months ago

    Vəzifə: Marketinq şöbəsinin rəhbəri

    Vəzifəyə dair tələblər:

    – Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
    – Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi;
    – Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
    – Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
    – Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
    – Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
    – Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
    – Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
    – PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
    – Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
    – Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması;
    – Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
    – Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi, ;
    – Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
    – Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə əsasında müəyyən ediləcəkdir.

    Namizədə olan tələblər:

    – Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya maqistr təhsilinin olması;
    – Marketinq sahəsində azı 5 il, marketinq rəhbəri vəzifəsində isə azı 3 il iş təcrübəsinin olması;
    – Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
    – Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
    – Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması;
    – Lüks sektorda marketinq rəhbəri vəzifəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.

    CV-lərinizi [email protected] ünvanına “marketinq şöbəsinin rəhbəri” başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.