9 C
Baku
Tuesday, November 5, 2024

Marketinq şöbəsinin müdiri – Təmiz Şəhər ASC

0
Marketinq şöbəsinin müdiri – Təmiz Şəhər ASC
Bakı
05.12.2023

Vakansiyanın təsviri

  • Təkrar emala yararlı tullantıların çeşidlənməsi və satışı üzrə perspektiv və cari planların hazırlanması, yeni bazarların və məhsulların yeni istehlakçılarının müəyyən edilməsi
  • Təkrar emala yararlı xammal haqqında istehlakçı rəyinin öyrənilməsi, onun məhsulların satışına təsirini və onun rəqabət qabiliyyətinin və keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin hazırlanması
  • Potensial göstəricilərin məlumatlandırılması və satış bazarlarının genişləndirilməsi üçün sənaye sərgilərində, yarmarkalarda, satış sərgilərində iştirakdan istifadə etməklə tanıtım tədbirlərinin keçirilməsi strategiyasının işlənib hazırlanması
  • Müştəri bazasının genişləndirilməsi və yeni müştərilərin cəlb olunması
  • Marketinq tədqiqatlarının təşkili və aparılması
  • Marketinq fəaliyyətinin və tədqiqatlarının həyata keçirilməsi üçün zəruri olan informasiyanın toplanması
  • Müştəri məmnuniyyətini təmin etmək məqsədilə qarşı tərəflə əlaqələri mütəmadi təhlil etməklə, zəruri tədbirlərin görülməsi
  • Təkrar emalla bağlı daxil olmuş rəsmi müştəri müraciətlərinin (məktub və korporativ email vasitəsi ilə daxil olmuş) araşdırılması, sorğuların göndərilməsi, lazımi sənədlərin tələb edilməsi
  • Mübahisəli məsələlərin araşdırılması, onların həll edilməsi üçün danışıqların aparılması
  • Müştərilərlə bağlı işgüzar danışıqların aparılmasını, potensial müştərilərin müəyyənləşdirilməsi, rəqiblərin araşdırılması və müvafiq təkliflərin hazırlanması
  • Bazarda təkrar emala yararlı xammalın satışı və alışı üzrə qiymətlərin analizi və optimal qiymətlərin müəyyən edilməsi.
  • Çeşidlənmiş təkrar emala yararlı tullantılara tətbiq olunacaq itki faizinin müəyyənləşdirilməsi
  • İstehlak keyfiyyətlərinin yaxşılaşdırılması və satışın stimullaşdırılması məqsədilə məhsulların texniki, iqtisadi və digər xüsusiyyətlərinin dəyişdirilməsi üzrə təklif və tövsiyələrin hazırlanması

Xüsusi tələblər

  • Marketinq sahəsi üzrə ali təhsil
  • Marketinq sahəsində ən azı 5 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili, İngilis dili və Rus dili səlis
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı
  • Kommunikasiya və idarəetmə bacarıqlarına sahib olmalı
  • Analitik düşüncə, analiz və təhlil etmə qabiliyyəti
  • Əsaslandırma, problemin həllinə yönəlmə və fikir mübadiləsi bacarıqları
  • Marketinq sahəsi üzrə beynəlxalq sertifikatların olması üstünlükdür

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMarketinq və PR