Vəzifə: Marketinq şöbəsinin rəhbəri
Vəzifəyə dair tələblər:
– Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
– Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi;
– Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
– Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
– Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
– Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
– Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
– Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
– PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
– Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
– Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması;
– Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
– Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi, ;
– Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
– Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müsahibə əsasında müəyyən ediləcəkdir.
Namizədə olan tələblər:
– Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya maqistr təhsilinin olması;
– Marketinq sahəsində azı 5 il, marketinq rəhbəri vəzifəsində isə azı 3 il iş təcrübəsinin olması;
– Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
– Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
– Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması;
– Lüks sektorda marketinq rəhbəri vəzifəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.
CV-lərinizi [email protected] ünvanına “marketinq şöbəsinin rəhbəri” başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |