13 C
Baku
Thursday, November 14, 2024

Marketinq şöbəsinin Rəisi – Göygöl Şərab Zavodu ASC

0
Marketinq şöbəsinin Rəisi – Göygöl Şərab Zavodu ASC
Bakı
12.06.2024

Əmək funksiyası:

Strateji planlaşdırma:

  • Şirkətin ümumi biznes hədəflərinə uyğun marketinq və satış strategiyasının hazırlanması və həyata keçirilməsi.
  • Qısa və uzunmüddətli satış hədəflərinin müəyyən edilməsi.
  • Marketinq büdcəsinin planlaşdırılması və icrasına nəzarət.

Bazar tədqiqatları və analiz:

  • Bazar tələblərinin və rəqabət mühitinin analizi.
  • Yeni bazar imkanlarının müəyyən edilməsi və məhsulların həmin bazarlara çıxışının təmin edilməsi.

Məhsulun yaradılması və mövqeləşdirillməsi:

  • Satış kampaniyalarının və aksiyalarının planlaşdırılması və həyata keçirilməsi.
  • Məhsulun bazarda tanıdılması üçün müxtəlif təşviqat tədbirlərinin təşkili.
  • Yeni məhsul konsepsiyalarının hazırlanması və bazara təqdim edilməsi.
  • Qablaşdırma və dizayn işlərinin koordinasiyası.
  • Bazar tədqiqatları və rəqabət analizləri aparılması.
  • Marketinq, Satış, Satınalma, Planlama, Logistika və İstehsalat bölməsinə aid olan prosedurların və əməliyyatların tərtibində fəal iştiraki və  tövsiyyələrin verilməsi.

Komandanın idarə edilməsi:

  • Marketinq şöbəsinin gündəlik fəaliyyətinin idarə olunması və koordinasiyası.
  • İşçilərin vəzifələrinin bölüşdürülməsi, işlərinin monitorinqi və nəticələrin qiymətləndirilməsi.

Analitika və hesabatlıq:

  • Marketinq fəaliyyətlərinin effektivliyinin analizi və hesabatların hazırlanması.
  • Satış və marketinq məlumatlarının analizi və təqdim olunması.

Əməkdaşlıq və koordinasiya:

  • Şirkətin digər şöbələri ilə koordinasiya və əməkdaşlıq.
  • Xarici tərəfdaşlarla işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi.
  • Partnyor şirkətlər ilə  yüksək səviyyədə əlaqə qurma və inkişaf etdirilməsi

Namizədə tələblər:

  • MS Office proqramları
  • Marketinq, biznes idarəçiliyi və ya əlaqəli sahələrdə ali təhsil.
  • Satış/marketinq sahəsində rəhbər vəzifələrdə ən azı 3 il iş təcrübəsi.
  • Müasir marketinq alətləri və texnologiyalarını bilmək.
  • Yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları.
  • Bazarı analiz etmək və strateji qərarlar qəbul etmək qabiliyyəti.

Şəxsi keyfiyyətlər:

  • Liderlik keyfiyyətləri
  • Yaradıcı yanaşma və yeni ideyalar yaratmaq qabiliyyəti.
  • Stressə davamlılıq və çoxlu vəzifələr şəraitində işləmək bacarığı.
  • Məsuliyyət və nəticəyə yönümlülük.

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 – 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Marketinq şöbəsinin rəisi” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə