Marketinq üzrə baş mütəxəssis
Artıq ölkəmizin güclü marketoloqları PAŞA Bankın Brend kommunikasiyaları şöbəsində açılmış Marketinq üzrə baş mütəxəssis vakansiyasına müraciət edə bilərlər.
Vəzifənin məqsədi:
Marketinq üzrə baş mütəxəssis PAŞA Bankın Rəqəmsal Laboratoriyasında yaradılan məhsul və xidmətlərin marketinq kommunikasiyasının həyata keçirilməsinə məsuldur.
Vəzifə Öhdəlikləri
Yerli bazar araşdırması və təhlillərinin aparılması. Biznes, brend, hədəf bazar və rəqib kontekstində brendinq, marketinq və kommunikasiya strategiyasının hazırlanması üçün bütün dəstəkləyici materialların tərtib edilməsi;
Marketinq kampaniyalarının və təşviqatlarının müəyyən edilməsi və həyata keçirilməsi; Aidiyyəti həmkarlarla sıx əməkdaşlıqda təfərrüatlı marketinq planlarının hazırlanması; Potensial müştərilərin cəlb edilməsinə hədəflənmiş kampaniyaların idarə edilməsi və effektivliyinin qiymətləndirilməsi;
Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt məzmununun, reklam və marketinq planlarına uyğun digər əlaqəli məzmunların hazırlanması;
Rəqəmsal laboratoriya üçün marketinq tədbirlərinin idarə edilməsi və daha sonra onların səmərəliyinin qiymətləndirilməsi;
Toplanmış məlumatlar və digər rəy və şərhləri nəzərə alaraq marketinq kampaniyalarının və strategiyalarının müvafiq qaydada monitorinqi və uyğunlaşdırılması; Rəqib tərəflərin kampaniyalarının qiymətləndirilməsi; Təkmilləşdirmələrin aparılması üçün müştərilərdən və məhsul sahiblərindən müvafiq rəylərin toplanılması; Bütün marketinq və satış məlumatlarına nəzarət edilməsi və rəhbərlik üçün detallı hesabatların hazırlanması və şifahi təqdimatların edilməsi; Bütün marketinq fəaliyyətlərinin effektivliyinin qiymətləndirilməsi;
Sosial media kampaniyalarının hazırlanması və idarə edilməsi, sosial şəbəkələrdə verilən rəylərin izlənilməsi və onların cavablandırılması;
PAŞA Bank adından xarici auditoriyaya açıqlanan müvafiq məzmunların redaktə edilməsi və təsdiq olunması.
Tələb edilən bilik, bacarıq və təcrübə
Təhsil: Kommunikasiya, Biznesin İdarə Edilməsi, Marketinq, Rəqəmsal marketinq və ya əlaqədar sahədə bakalavr və/və ya magistr dərəcəsi
İş təcrübəsi: Müvafiq sahədə ən az 5 il iş təcrübəsi
Xarici dil bilikləri: Azərbaycan dili (sərbəst), rus dili (sərbəst), ingilis dili (sərbəst)
Kompüter bilikləri: MS Office proqramları
Digər:
o Yüksək biznes etikası, dürüstlük və sadiqlik
o Güclü analitik düşünmə bacarığı, proaktiv düşünmə bacarığı
o Müxtəlif sahələr üzrə müxtəlif tapşırıqları eyni anda yerinə yetirmə bacarığı
o Güclü ünsiyyət qurma bacarığı, güclü sənəd tərtib etmə bacarığı, yüksək keyfiyyətli biznes sənədləri hazırlamaq bacarığı
o Güclü təşkilati, planlaşdırma və nəzarət etmə bacarığı
o Gərgin iş mühitində işləmək bacarığı, stressin idarə edilməsi bacarığı
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Marketinq üzrə baş mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Vakansiya üzrə son müraciət tarixi 30 sentyabr 2019-dur.
İşin aid olduğu sahə
Kateqoriya | Marketinq və PR |