10 C
Baku
Wednesday, December 11, 2024

Marketinq və reklam şöbəsinin müdiri – Bank Avrasiya

0
Marketinq və reklam şöbəsinin müdiri – Bank Avrasiya
Bakı
20.10.2021

Vəzifə: Marketinq və reklam şöbəsinin müdiri

Namizədlər üçün irəli sürülən tələblər:

– Ali iqtisadi və ya marketinq üzrə təhsil
– Bu sahədə ən azı 3 il iş ştajı
– Azərbaycan və Rus dillərini mükəmməl bilmək
– İngilis dilini yüksək dərəcədə bilmək
– MS Office proqramlarının bilikləri
– Yaradıcılıq bacarığı
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

İşin təsviri:

• bankın PR və marketinq strategiyasının müəyyən edilməsində və həyata keçirilməsində iştirak edir;
• maliyyə bazarı, bankın mövcud məhsul və xidmətlərini təhlil edir;
• marketinq kampaniyalarının hazırlanmasını və tətbiqini heyata keçirir;
• yaradılan yeni məhsullarının təbliğat üsullarını müəyyənləşdirir və həyata keçirir;
• sosial şəbəkələrdə və KİV-də reklam, aksiya və kampaniyaları yaradır və idarə edir;
• reklam materiallarının hazırlanmasını və sifarişini həyata keçirir;
• bankın reklam kampaniyalarının səmərəliliyini təhlil edir;
• strukturun işini planlaşdırır və idarə edir

Xahiş olunur CV-ləri [email protected] ünvanına göndərəsiniz.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi