“METAK”a HR və Satış üzrə işçi axtarılır: vakansiya

    0

    Posted 5 ay ago

    1. HR mütəxəssis

    İşin təsviri:


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
    • İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
    • İşçilər barədə məlumat bazası ilə işləməsi, müvafiq məlumatların ERP proqrama daxil edilməsi və məlumatların daima yenilənməsinin təmin edilməsi;
    • e-gov hökümət portalında əməliyyatların aparılması;
    • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
    • Davamiyyətin izlənilməsi;
    • Kadr sənədləşməsinə mütəmadi nəzarət edilməsi.

    Namizədə qarşı tələblər:

    • Ali təhsil;
    • İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
    • Əmək məcəlləsi üzrə biliklər;
    • MS Office proqramları üzrə biliklər;
    • Yüksək ünsiyyət qurma bacarığı və komanda işinə uyğunluq;
    • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı.

    İş şərtləri:

    • Həftədə 5 iş günü, 09:00 – 18:00;
    • Nahar şirkət hesabına verilir;
    • Servis xidməti fəaliyyət göstərir.
    • Əmək haqqı müsahibə əsasında müəyyən olunacaqdır.

    Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=73 və ya hr@metak.az ünvanına CV göndərərək 06.04.2019–cu il tarixinə kimi müraciət edə bilərlər.


    2. Satış üzrə mütəxəssis

    İş barədə məlumat

    • Müştərilərdən birbaşa, e-mail və ya telefon vasitəsi ilə sifarişlərin qəbulu;
    • Qaimə-fakturaların yazılması;
    • Satışın reallaşdırılması;
    • Anbar qalığına nəzarət edilməsi;
    • Mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi;
    • Göstərilmiş xidmət və satılmış malların ödənişinə nəzarət edilməsi.

    Namizədə tələblər

    • Cinsi: qadın
    • Ali təhsil;
    • Satış sahəsində 1-3 ilə qədər iş təcrübəsi;
    • Riyazi hesablamaları aparma bacarığı;
    • MS Office proqramlarında işləmək bacarığı;
    • Aydın, inandırıcı və düzgün danışıq tərzi.

    İş şəraiti

    • Əmək haqqı danışıq əsasında;
    • Nahar şirkət tərəfindən verilir;
    • Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

    Maraqlananlar saytda onlayn-anketi dolduraraq  https://www.metak.az/resume/resume.php?vid=84 
    və ya hr@metak.az ünvanına CV göndərərək 06.04.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online