Bakı
28.12.2022
Vakansiyanın təsviri
- Müəssisənin struktur bölmələrindən daxil olan sorğular əsasında normativ xarakterli sənədlərin yaradılması, müvafiq struktur bölmələri tərəfindən razılaşdırılması üçün təqdim olunması və rəhbərlik tərəfindən sənədin təsdiq olunması üçün yönləndirilməsi;
- Müəssisənin struktur vahidləri tərəfindən hazırlanmış normativ sənəd layihələrinin nəzərdən keçirilməsi və standartlara uyğunlaşdırılması müvafiq struktur bölmələri tərəfindən razılaşdırılması üçün təqdim olunması və rəhbərlik tərəfindən sənədin təsdiq olunması üçün yönləndirilməsi;
- Biznes Proseslər üzrə metodoloji bazanın təkmilləşdirilməsi
- Metodoloji dəstək məqsədilə proseslərin təkmilləşdirilməsi, məhsul və xidmətlərin yaradılması üzrə həyata keçirilən layihələrdə iştirak;
- Müəssisənin biznes proseslərinin (biznes proseslərin daxili idarə olunması funksiyasına malik struktur vahidlərin prosesləri istisna olmaqla) təhlili, təkmilləşdirmə imkanlarının araşdırılması və bununla bağlı təkliflərin verilməsi;
- Normativ sənədlərin təsdiqə təqdim olunması üçün ehtiyac olduqda təqdimat hazırlamaq və səlahiyyətli orqan qarşısında məsələni müzakirəyə təqdim etmək;
- Müəssisənin normativ sənədlər üzrə elektron kitabxanasının (elektron bazanın) aparılması, sənədlərin yerləşdirilməsi.
- İş yeri: “Azərpoçt” MMC, baş ofis ( Ünvan: Ü.Hacıbəyli 72)
- İş vaxtı: Həftəiçi 5 gün, saat 9:00 – 18:00
- Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
Xüsusi tələblər
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 2 illik iş təcrübəsi ;
- Prosedurların və daxili normativ qaydaların yaradılması və yazılması üzrə təcrübə;
- Mükəmməl yazılı və şifahi ünsiyyət vərdişləri;
- Dəyişiklikləri qəbul etmək bacarığı, yeni biliklər əldə etməyə hazırlıq;
- Azərbaycan, rus və ingilis dillərini bilmək.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |