Bakı
08.12.2023
Vakansiyanın təsviri
- Mühəndisin əsas vəzifəsi metrologiya sahəsində metodiki və normativ materialların, texniki sənədlərin eləcə də hazırlanmış layihə və proqramların yerinə yetirilməsindən ibarətdir.
- Ölçü işlərinin metroloji təminatı, cihaz və avadanlıqların normal işləməsi üzrə texniki nəzarəti və s. işləri yerinə yetirmə
- Metrologiya sahəsində metodiki və normativ materialların, texniki sənədlərin eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi ücün tədbir və təklifləri işləyib hazırla
- Tədqiqat işlərinin yerinə yetirilməsi, layihə və proqramların hazırlanması, cihaz və avadanlığın sınağı, istismarı və tətbiqi ilə bağlı lazimi tədbirlərin görülməsində iştirak
- Texniki vasitələrin, sistemlərin, avadanlıq və materialların standartlaşdırılması üzrə işlərin görülməsində, müxtəlif texniki sənədlərə baxışda iştirak edir və rəy verir, tamamlamaları hazırlama
- Ölcü işlərində istifadə olunan cihaz və avadanlıqların texnik və metroloji parametrləri haqqında məlumatları, işin göstəricilərini və nəticələrini öyrənmə və təhlil etmə, onları ümumiləşdirmə, sistemləşdirmə, müasir texniki vasitələrdən istifadə etməklə zəruri olan hesabatları hazırlama
- İdarənin metrologiyaya aid texniki sənədlərin ekspertizasının aparılmasında, ölçü cihaz və avadanlıqların texniki vəziyyətinə, istismar edilməsinə nəzarət edilməsində işdə plan çatışmamazlığının və nasazlığın aradan qaldırılmasında yaxından iştirak
- Hesabat hazırlama bacarığı
- İş şəraiti Növbəli və ya 5 günlük iş həftəsi ;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Xüsusi tələblər
- Ali texniki təhsil
- Aidiyyəti sahə üzrə iş təcrübəsi arzu olunandır
- Fiziki-psixoloji sağlamlığa dair tibbi arayışa malik olmalı
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
Müraciət üçün (CV): https://azersu.az/az/karyera
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |