AFB Bank “Mərdəkan” filialına Mikro kreditlər üzrə Mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır.;
• Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
• Analitik düşünmə və yüksək maliyyə təhlili qabiliyyəti;
• Satış və təqdimat bacarığı;
• MS office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
• Potensial mikro biznes müştərilərin cəlb olunması, onların bizneslərinin maliyyə təhlilinin aparılması, kreditləşdirilməsi və kredit müddətində müştərilərin idarə edilməsi;
• Birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
• Mikro kredit məhsulları üzrə biznes təhlilini aparmaq;
• Kredit sənədlərinin hazırlanması;
• Kredit portfelinin nəzarəti və idarə olunması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində müraciət etdiyi vəzifəyə uyğun olaraq “Mikro kreditlər üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, Kredit işçisi |