10 C
Baku
Wednesday, December 11, 2024

Mikro kreditlər üzrə mütəxəssis/aparıcı (8 filialları üzrə) – Expressbank ASC

0
Mikro kreditlər üzrə mütəxəssis/aparıcı (8 filialları üzrə) – Expressbank ASC
09.04.2019

Mikro kreditlər üzrə mütəxəssis/aparıcı (Bakı, Sumqayıt, Gəncə, Qusar, Xaçmaz, Mingəçevir, Şirvan, Bərdə filialları üzrə)

Tələblər:

– Ali iqtisadi təhsil;

– Mikro kreditlərlə iş sahəsində 2-3 il iş təcrübəsi;

– Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;

– Analitik düşüncə;

– Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;

– Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

– Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;

– Bütün fəaliyyətini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;

– Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;

– Müştəriyə bankın kredit məhsullarına dair məsləhət vermək;

– Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.

Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (Vəzifə) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi