Maliyyə direktoru – Arsenal Group

    Bakı
    Posted 3 months ago
    İş barədə məlumatHəvalə edilmiş departamentin (baş mühasib,mühasib,xəzinədarlar və s.) məqsədlərinin planlaşdırmasının təşkili, nəzarət və müşahidə altında saxlanılması.Mühasibat,hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik
    – 1.C (8.3 UPP) proqraminda avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi prosesinə rəhbərlik
    – Müəssisənin maliyyə strateji planının həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak edilməsi, həmçinin büdcənin icrasına nəzarət edilməsi
    – Müəssisənin ümumi strateji planı çərçivəsində maliyyə siyasətinin icrasının təmin edilməsi
    – Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsi
    – Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsi
    – Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələndirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsi
    – Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirlərin görülməsi
    – Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlayır (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.)
    – Müəssisənin maliyyə-iqtisadi nəticələrinin makro-iqtisadi cəhətdən təhlil edilməsi
    – Müəssisənin ödəmə qabiliyyətinin təmin edilməsinə, istifadə olunmayan maddi-texniki vəsaitlərin yaranmasının qarşısının alınmasına və ləğv edilməsinə, mənfəətin çoxaldılmasına, xərclərin azaldılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilməsi
    – Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulması
    – Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunması
    – Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasının həyata keçirilməsi, onların optimal strukturunun müəyyən edilməsi, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanması
    – Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi
    – Tədarükçülərin və podratçıların hesablarının ödənilməsininin təmin edilməsi
    – Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi
    – Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılmasına rəhbərlik və nəzarət
    – Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunun təmin edilməsi
    – Şirkətin digər daxili təlimat və qaydaları ilə müəyyən olunan vəzifələrİş qrafiki:
    – Tam iş günü, iş qrafiki I-VI günlər,saat 9:00-dan 18:00-dək
    – Ofis Gənclik-Nərimanov ərazisində yerləşir
    – Əmək haqqı – 2500 AZN + KPİ (sistem qurulduqdan sonra)

    Namizədə tələblər- Maliyyə resurslarının paylanma qaydalarını, maliyyə qoyuluşlarının effektivliyinin müəyyən edilməsini bilməli
    – Maliyyə nəzarətin prinsiplərini bilməli
    – Maliyyə hesablaşmalarının qayda və üsullarını bilməli
    – Vergi qoymanın prinsip və metodlarını,vergi və rüsumların ödəmə üsullarını bilməli
    – Mühasibat uçotunun milli və beynəlxalq standarları üzrə biliklər
    – Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi üzrə biliklər
    – Müvafiq sahədə (baş mühasib və maliyyə direktoru) ən azı 5 il iş təcrübəsi
    – Analitik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti
    – Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti
    – ƏSAS TƏLƏB: 1.C (8.3 UPP) proqramını mükəmməl səviyyədə bilmək,bütün əməliyyatlarının 1C üzərindən aparılması üzrə minimum 3 il iş təcrübəsi
    – 30-45 yaş həddi
    – Təhsili: Ali təhsil, (iqtisadi, maliyyə, mühasibatlıq və oxşar fakultə)
    – Dil bilikləri: Azərbaycan, Rus (əla səviyyədə) mütləqdir və İngilis dili (İşgüzar yazışma təcrübəsi)
    – Kompüter bilikləri: MS Ofice, Outlook, 1 C

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.