Maliyyə meneceri – WorldTelecom

    Bakı
    Posted 2 months ago
    İş barədə məlumat– Cəmiyyət üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq maliyyə uçotunu aparmaq və maliyyə hesabatlarının hazırlanması ilə bağlı maliyyə siyasətini hazırlamaq, maliyyə siyasətinin müntəzəm olaraq yenilənməsi üçün təkliflər vermək və icrasına nəzarəti həyata keçirmək
    – Cəmiyyət üzrə vahid Hesablar Planını və ona uyğun olaraq standart müxabirləşmələrin hazırlanmasını təmin etmək
    – Cəmiyyətin maliyyə və mühasibatlıq strukturlarına maliyyə uçotunun aparılmasında metodiki dəstək göstərmək, o cümlədən gündəlik əməliyyatlar üzrə maliyyə uçotuna dair meydana çıxan problemləri həll etmək və sualları cavablandırmaq
    – Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanan maliyyə hesabatları üzrə maliyyə təhlillərini aparılmasını təmin etmək və müəyyən ediləcək uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflər vermək
    – Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq Cəmiyyət konsolidasiya edilmiş illik maliyyə hesabatlarının hazırlanmasını təmin etmək
    – Cəmiyyət üzrə maliyyə hesabatlarının kənar auditi proseslərini koordinasiya etmək;
    – Cəmiyyətin digər struktur bölmələri və Maliyyə departamentinin digər şöbələri ilə koordinasiyanı təmin etmək
    – Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində rəhbərliyə təkliflər vermək
    – Fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədləri ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək
    – Həftədə 6 iş gün (10:00-19:00-dək)
    – Təklif olunan əmək haqqı: 1000-1500 AZN
    Namizədə tələblər– Müvafiq sahə üzrə ali bakalavr və magistr təhsili
    – Maliyyə-mühasibat işi üzrə rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi
    – Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər; (MHBS)
    – Maliyyə-uçot sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi işində tətbiq edə biləcək səviyyədə bilmək
    – Vergi qanunvericiliyi üzrə biliklər
    – Yüksək səviyyədə Azərbaycan dili biliyi
    – Xarici dil biliyi (ingilis dili, rus dili biliyi arzuolunandır)
    – Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı
    – 1C 8.3 versiyası üzrə bilik və işlətmə bacarığı
    – Statistik və riyazi biliklər

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.