15 C
Baku
Friday, November 15, 2024

Marketinq üzrə kiçik mütəxəssis – MKT İstehsalat Kommersiya MMC

0
Marketinq üzrə kiçik mütəxəssis – MKT İstehsalat Kommersiya MMC
Bakı
04.10.2021

“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

“MKT İstehsalat Kommersiya” MMC xam Pambıqdan əsasən Mahlıc, Çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.

2021-ci ilin Yanvar, Fevral və Mart ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssısəmizdə ışçı sayısı 3200 nəfərdir və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.

“MKT İK” MMC Biznesin İnkişafı komandasına qoşulmaq üçün açıq fikirli və enerjili Marketinq üzrə kiçik mütəxəssis axtarır.

Vəzifə öhdəlikləri:

• Marketinq fəaliyətlərinin icrası, onlara nəzarət və nəticələr barədə hesabat vermək;
• Bazar trendlərini araşdırmaq, bazar tələblərinin müəyyən etmək və təkmilləşdirilməyə dair müvafiq təkliflər vermək;
• Cari bazar şərtləri və rəqiblərin fəaliyyətinə dair dövri hesabatlar hazırlamaq;
• Üçüncü tərəflərlə olan işləri koordinasiya etmək;
• Marka standartlarının qorunmasına cavabdehlik;
• Marka mesajlarının davamlı olmasını təmin etmək;
• Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil etmək;
• Marka imicinin, mövqelənmənin gücləndirilməsini təmin etmək;
• Marka mesajlarının effektiv çatdırılması üçün mətbuatla əlaqələri idarə etmək.

Tələblər:

• Marketinq, biznes və ya digər əlaqədar sahələr üzrə bakalavr təhsili;
• Marketinq sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
• Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
• Yüksək səviyyədə azərbaycan, rus və ingilis dil bilikləri.(Azərbaycan dilində yazı orfoqrafiyasının yüksək səviyyədə olması mütləqdir);
• Orta MS Office proqramları biliyi;
• Təzyiq altında işləməyə hazır;
• Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;
• Özünə əmin və dinamik xarakter;
• Sürücülük vəsiqəsi arzu olunandır.

Səriştələr:

• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük

Əlavə məlumat:

• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi
• İş yeri: Baki şəhəri, Qafqaz Business Center
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Marketinq üzrə kiçik mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər