Maliyyə üzrə nəzarətçi – Real Estate Management

    Bakı
    Posted 2 weeks ago

    Maliyyə üzrə nəzarətçi

    İş haqqında məlumat:

    – Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqini zamanı hesabatların hazırlanması
    – Vəsaitlərin hərəkətinə nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili
    – Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
    – Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.
    – Şirkətlər qrupundan daxil olan sifarişlərə və ümumi xərclərə nəzarət;
    – Aylıq gəlir və xərclərin analitikası;
    – İqtisadi məlumatları, həmçinin şirkətin maliyyə hesabatları və maliyyə üzrə dövri məlumatı toplamaq
    – Maliyyə göstəricilərini hesablamaq və maliyyə tədqiqatlarını həyata keçirmək
    – Maliyyə riskinin səviyyəsini qiymətləndirmək

    Əsas tələblər:

    – İqtisadi sahə üzrə bakalavr dərəcəsi
    – Müvafiq sahə üzrə 3-5 illik iş təcrübəsi
    – Vergi qanunvericiliyi üzrə işləmə bacarığı
    – Güclü analitik və məntiqi düşüncə bacarıqları
    – Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı
    – Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları
    – Topladığı bilik və təcrübəni bölüşmək bacarığı
    – 1 C 8.2, MS Office proqramlarında yaxşı işləmə bacarığıı

    Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “Maliyyə üzrə Nəzarətçi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

    Job Features

    Job CategoryDigər şirkətlər, Mühasibatlıq və Maliyyə

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.