Mobil tətbiq üzrə proqramçı – Goldenpay

    Bakı
    Posted 2 months ago

    Mobil tətbiq üzrə proqramçı

    Tələblər:

    – Ionic Framework üzrə təcrübə (xüsusilə Ionic 5 üzrə)
    – Digər cross-platform framework-lər üzrə təcrübə (arzuolunandır)
    – Həm Android, həm də iOs platformaları üçün mobil tətbiqlərin yaradılması üzrə təcrübə
    – Mobil tətbiqlərin performans, keyfiyyət, responsivlik və sairə tələblərini başa düşmək, bu sahədə təcrübəli olmaq
    – Məhsulun yaradılması komandası, dizaynerlər və menecerlərlə sıx ünsiyyətdə işləyə bilmək

    Öhdəlikləri:

    – Hesab.az mobil tətbiqinin dəstəklənməsi, yeni modul və feature-ların yaradılması
    – Yeni mobil tətbiqlərin yaradılması və dəstəklənməsi
    – Mobil tətbiqin RESTful servislərlə inteqrasiyasının həyata keçirilməsi
    – Problemlərin və defektlərin aşkarlanması və aradan qaldırılması
    – Məhsulun yaradılması üzrə vaxt qrafiki və layihə planına riayət etməklə komanda daxilində işləmək
    – Gördüyü işlər üzrə rəhbərinə hesabat təqdim etmək

    Əmək haqqı:

    Təcrübəsindən asılı olaraq, 1500-1800 AZN arası

    Qeyd edilən tələblərə uyğun olan namizədlər “Mobil tətbiq üzrə proqramçı” başlığı ilə [email protected] ünvanına öz CV-lərini göndərə bilərlər.
    Yalnız ilkin kriteriyalara uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

    Job Features

    Job CategoryİT

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.