Bakı
17.07.2023
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (texniki sahədə təhsil arzu olunandır);
- Sahə üzrə 1 ilə yaxın iş təcrübəsi;
- Microsoft Windows və Linux əməliyyat sistemləri üzrə biliklər;
- Şəbəkə üzrə ilkin biliklər;
- “Zabbix”, “Dynatrace” və digər monitoring tool-larnan işləmək bacarığı;
- Service Desk, JİRA sistemləri ilə iş təcrübəsi (arzu olunandır);
- Problemlərin həll edilməsində operativlik və dəqiqlik.
Görəcəyiniz işlər:
- “Service Desk” proqramına gələn sorğuların icrası,
- Monitoring sistemlərdən gələn bildirişlərə dərhal reaksiya verilməsi,
- Windows və Linux əməliyyat sistemlərinin log-larının araşdırılması,
- Yaranmış problemlərin ilkin araşdırılması və rəylərin verilməsi,
- Monitoring tool-larda yeni triger-lərin əlavə edilməsi.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 23.07.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |