Bakı
30.12.2023
Vakansiyanın təsviri
- Gəmilərin limana girişi və limandan çıxışının rəsmiləşdirilməsi
- Gəmilərin limana girişinə və çıxışına icazə verilməsi
- Gəmi sənədləri, xüsusi hazırlıq şəhadətnamələrinin və sertifikatların (diplomların) təsdiqnamələrinin yoxlanılması
- Gəmilərin limana girişi və limandan çıxışı barədə liman kapitanına məlumat verilməsi
- Dəniz üzgüçülüyünün təhlükəsizlik tələbləri pozulduqda, gəminin dəniz ətraf mühitinə zərər vurmaq təhlükəsi yarada biləcək çatışmazlıqlar olduqda gəmilərin limandan çıxışının məhdudlaşdırılmasının təmin edilməsi
- Limanda olan gəmilər barədə liman kapitanına məlumat verilməsi
- Limana gələn gəmilərin lövbərdə dayanma rayonlarının müəyyən edilməsi və gəmilərin lövbərdə dayanmasına nəzarət edilməsi
- Naviqasiya və hidrometeoroloji məlumatlarının müfəttişlər tərəfindən gəmi kapitanına çatdırılması
- Fırtına xəbərdarlığı aldıqda liman akvatoriyasında olan gəmi və üzmə vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə kapitanla birlikdə zəruri tədbirlərin görülməsi
- Liman kapitanının tapşırığına əsasən limanda gəmilərin rənglənməsinə, göyərtə və anbarların yuyulmasına və təmir işlərinin görülməsinə nəzarət edilməsi
- Növbəni təhvil verərkən, növbə ərzində giriş və çıxışı rəsmiləşdirilən gəmilər barədə məlumatların elektron bazaya yerləşdirilməsi və müvafiq qeydiyyat jurnallarına qeydiyyatını aparmaqla təhvil verilməsi
- Limanda giriş və çıxışı rəsmiləşdirilən gəmilərə dair aylıq hesabatlarını tərtib edilməsi və müvafiq qaydada təqdim edilməs
- 5 günlük iş həftəsi;
- İş saatı 10:00-19:00;
- müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Xüsusi tələblər
- Dənizçilik sahəsində yerli və beynəlxalq qanunvericiliyə dair biliklər
- Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olan dövlət liman və bayraq nəzarətinə dair hazırlıq kursunu müvəffəqiyyətlə bitirmə haqqında müvafiq sənəd
- Azərbaycan Respublikasının Ərazi sularında üzmə Qaydaları
- Kompyüter bilikləri (MS Office proqramlarında işləmə bacarığı)
- Şifahi və yazılı ünsiyyət bacarığı
- Dəqiqlik və məsuliyyətlilik
- Təhlil etmə bacarığı
- Problemləri həll etmə bacarığı
- Planlama və zamanın idarə olunması
- Stressə davamlılıq
- Operativlik
- Çevik qərarvermə bacarığı
- Komandada işləmə bacarığı
- Vəzifə üzrə təcrübə: Müvafiq sahə üzrə minimum – 3 il
- Təhsil və kvalifikasiyalar: “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə ali təhsil
- Kapitan, Baş koməkçi, Baş mühəndis və ya İkinci mühəndis və ya ona bərabər tutulan sertifikat/diplom
- Dəniz üzgüçülüyü üzrə sertifikatlar
- Naviqasiya, gəmiqayırma sahələrində təcrübə arzuolunandır
- Dənizdə gəmilərdə baş vermiş qəzaların araşdırılması Qaydalarını bilmək
Müraciət etmək üçün: [email protected]