9 C
Baku
Friday, November 15, 2024

Mühəndis (Ağsu rayonu, Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsi) – SOCAR

0
Mühəndis (Ağsu rayonu, Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsi) – SOCAR
Ağsu
11.06.2021

Vəzifə haqqında məlumat
Mühəndis (Ağsu rayonu, Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsi)
Vakansiyanın adı
Elanın bitmə tarixi 18.06.2021
Keçid kodu 06174/2021 EXT
Müəssisə, Təşkilat Azəriqaz İB
Struktur vahidi Qaz sərfi avadanlıqlarının istismarı və metrologiya şöbəsi
Ştat vəzifəsinin adı Mühəndis (Ağsu rayonu, Qaz sərfi avadan. istismarı və metrologiya şöbəsi)
Struktur vahidinin ünvanı Ağsu rayonu, Qaraqaşlı kəndi
Şəhər/rayon Ağsu rayonu
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 09
Əmək haqqı 740.00 azn/aylıq
SOCAR-ın müvafiq Qərarına əsasən hər faktiki işlənmiş iş gününə görə
yemək xərci əvəzinə 3 manat əlavə vəsait ödənilir.
Əlavə məlumat
İş şəraiti Quruda
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)

Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunmur
Sığorta Tibbi, Həyat
•Ölçmələrin tələb olunan dəqiqliklə təmin olunmasını təşkil etmək;
•İdarənin bütün fəaliyyət sahələrində metroloji təminatın hazırlanması işini
yerinə yetirmək;
•İdarənin metroloji işlərinin illik və perspektiv planlarını baza təşkilatı ilə
razılaşdırılmış şəkildə hazırlamaq və rəhbərliyin təsdiqinə vermək, yeni
ölçmə texnikasının alınmasına və istehsalata tətbiq olunmasına nəzarət
etmək;
•Ölçmələrin dəqiqliyi normasını reqlametləşdirən, ölçmə vasitələrinin
metroloji xarakteristikalarının, ölçmələrin yerinə yetirilmə metodları,
yoxlama metod və vasitələri, istehsalatın metroloji təminatını hazırlamaq,
dövlət və sahə standartlarının, müəssisə standartlarının və başqa normativ
sənədlərin tətbiq olunmasını təmin etmək;
•Ölçmə vasitələrinin yoxlanması və ölçmə vasitələrinin avtomatlaşdırılması
ilə bağlı işlərdə iştirak etmək;
•İdarənin istehsalat fəaliyyətinin metroloji təminatına, ölçmə vasitələrinin
vəziyyətinə və tətbiqinə, ölçmələrin yerinə yetirilmə metodlarının düzgün
tətbiqinə nəzarət etmək;
•Nümunəvi və işçi ölçmə vasitələrinin lazımi vəziyyətdə saxlanılması,dövlət
standart orqanlarının verdiyi səlahiyyət daxilində ölçmə vasitələrinin
müəssisədaxili yoxlanması işlərinə nəzarət etmək;
•Ölçmə vasitələrinin yoxlama periodikliyinin müəyyən olunması,
müəssisədaxili yoxlama qrafiklərinin hazırlanması və onların yerinə
yetirilməsinə nəzarət etmək;
•Mütləq dövlət yoxlamasından keçirilməli olan ölçmə vasitələrinin dövlət
standart orqanları ilə razılaşdırılması və onların vaxtında dövlət
yoxlamasından keçməsini təmin etmək;
•İdarənin istehsalat sahələrinin nəzarət-ölçü cihazları və sistemləri ilə təchiz
olunmasını təşkil etmək;
•Nəzarət-ölçü cihazlarının, vasitələrinin, sistemlərinin saz vəziyyətdə
istifadə edilməsinə, onların vaxtında təmirinə və sınaqdan keçirilməsinə
Vəzifə öhdəlikləri (funksiyalar)
nəzarət etmək;
•İslehsalat sahələrində nəzarət ölçü cihazlarının sazlığını yoxlamaq (plan
üzrə) və aşkar edilmiş nasazlıqların aradan qaldırılması üzrə tədbirlər
görmək.

Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Ali təhsil Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Təhsil pilləsi Müddəti / İş təcrübəsi Təsvir
Ali təhsil / Müvafiq sahə üzrə 1 İl / Müvafiq sahə üzrə
Sertifikat tələbləri
Tələb edilən sertifikat yoxdur.
Səriştəlik və digər tələblər
Məsuliyyət
Nizam-intizam
Dürüstlük
Etik davranış
Peşəkarlıq
Şifahi özünüifadə
Microsoft Excel
Microsoft Outlook
Microsoft Word
Bilməlidir
•Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş
“Qazdan istifadə Qaydaları”nı;
•“Qaz təsərrüfatında texniki istismar qaydaları”nı;
•“Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nı;
•Qaz təsərrüfatı sahələrində müasir elektron ölçü vasitələri, ölçü qovşaqları və standartların tətbiqi qaydalarını;
•Texniki manometrlərin, qazanalizatorların istismarı, dövlət yoxlanmasına göndərilməsi və təhlükəsiz istifadə qaydalarını;
•Elektron korrektorlu sayğaclar, işləmə prinsipi və quraşdırılması qaydalarını;
•Əhali abonentlərinin mənzillərində (evlərdə) və qeyri-yaşayış sahələrində qaz sayğaclarının quraşdırılması və istismarı qaydalarını.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər