Bakı
27.12.2023
Əsas vəzifə öhdəlikləri:
- İstilik təchizatı obyektlərinin fəaliyyətində təmir və tikinti işlərinin müvafiq standart və qaydalara uyğun şəkildə icrasının təmin edilməsi;
- Texniki hesabatlar, aktlar və layihənin dəyəri sənədlərinin hazırlanması, sxematik diaqramların tərtib edilməsi;
- Enerji (qaz, su və elektrik enerjisi) sərfiyyatının izlənilməsi, enerji və iqtisadi səmərəliliyin analizi;
- İstilik enerjisinin istehsalı üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması, müvafiq data təhlilinin aparılması;
- Avadanlıqların təmiri üçün təkliflərin işlənilməsi, əməliyyat planlarının hazırlanması;
- Başa çatan layihələrə texniki nəzarət və istismara qəbulun təşkil edilməsi;
- Ekoloji pasportların və müvafiq ekoloji və statistik hesabatların hazırlanması;
- Bütün işlərin sağlamlıq, təhlükəsizlik və ətraf mühitin standartlarına uyğun olaraq aparılması;
- İstilik sisteminin perspektivli inkişafı üçün təkliflərin işlənib hazırlanması;
- Sistem effektivliyini artırmaq və texniki məsələləri həll etmək üçün funksional heyət və layihə qrupları ilə əməkdaşlıq;
- İstilik enerjisi sistemlərinin texnologiyaları və cari sənaye trendləri ilə bağlı biliklərin mütəmadi yenilənməsi;
Namizədlərə tələblər aşağıdakı kimidir:
- Texniki ixtisaslar üzrə bakalavr təhsilinin olması (İstilik energetika mühəndisliyi arzuolunandır);
- Sahə üzrə iş təcrübəsi arzuolunandır;
- İstilik şəbəkələri və istilik təchizatı sistemləri haqqında biliklərin olması;
- MS ofis proqramları (MS Word, MS Excel, MS PowerPoint və s.) və AutoCAD ilə sərbəst işləmə bacarığı;
- Azərbaycan dili mütləqdir, ingilis və rus dilini yaxşı səviyyədə bilməsi arzuolunandır;
- Layihələrin idarəolunması bacarığı;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Yaxşı ünsiyyət qura bilmək və komanda ilə işləmə bacarığı;
İş mühiti:
- Vəzifə funksiyaları təsdiq olunmuş vəzifə təlimatlarına əsasən “Azəristiliktəchizat” ASC-nin ofis mühitində və sahələrdə icra olunur.
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur
- İş vaxtı- Bazar ertəsi-Cümə, 08:30-17:30
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühəndis” yazaraq 10.01.2024-cü il tarixinə kimi email ünvanına göndərmələri xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | İT |