Sheraton Baku Airport Hotel
Mühəndis (energetika)
Vəzifə öhdəlikləri haqqında məlumat və tələblər:
• Elektromaqnit və elektromexaniki avadanlıqlarda yarana biləcək problemlərin aradan qaldırılması, təmir bərpa işlərinin həyata keçirilməsi
• Yüksək gərginlik ayırıcılarının təmir olunması, cərəyan keçirici kontaktların dəyişdirilməsi,
• Yüksək Vatlı yuxarı elektrik maşınlarında diyircəkli yastıqların yağlanması, təmir edilməsi dəyişdirilməsi
• Yüksək voltajlı elektrik avadanlıqların paylayıcılarında sərbəst operativ əməliyyatın keçirilməsi
• Relelərinin təmiri, tənzimlənməsi, proqramlaşdırılması və elektrik sxemlərinə qoşulması
• Sabit cərəyan düzləndiricilərinin, cərəyan mühərriklərinin ehtiyac duyulduqda təmiri, sazlanması və sistemə qoşulması
• Yüksək gərginlik avadanlıqlarının ikinci xətt komutasiya xətlərinin təmiri, yoxlanılması, sazlanması və işə buraxılması
• Elektrofiltrlərin, elektrik maqnitlərinin, hərəkət sonluqlarının, sensorların təmiri, yoxlanılması, sazlanması və işə buraxılması
• Namizədə tələblər: Elektrik-energetik kimi istehsalat müəssisəsində təcrübəsi arzu olunandır ;
• Energetika sahəsində ali və ya orta texniki təhsil
• Elektrik sistemləri ilə işi tam şəkildə bilmək
Əmək haqqı: 600-650 manat (Vergilər daxil)
Dil bilikləri: İngilis və Rus dil bilikləri arzuolunandır.
İş təcrübəsi: 1-3 il iş təcrübəsi
İş vaxtı: 5 günlük iş qrafiki
Uniforma; Nahar və Nəqliyyat şirkət tərəfindən təmin edilir.
E – mail : [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Turizm və otelçilik |