8 C
Baku
Thursday, December 12, 2024

Mühəndis – SOCAR

0
Mühəndis – SOCAR
Sumqayıt
15.03.2024

Vakansiyanın təsviri

  • Sumqayıt şəhərindən, “20 Yanvar”, Neftçilər və Həzi Aslanov metrostansiyalarından, Badamdar, Lökbatan, Bakıxanov, Zabrat, Günəşli və Mərdəkan qəsəbələrindən xidməti avtobusla iş yerinə çatdırılma təmin olunur.
  • Növbəti il üçün görüləcək işlərin həcmi, tələb olunacaq dəniz və hava nəqliyyatı vasitələrinə dair struktur bölmələrdən daxil olan məlumatlara baxılmasını və araşdırılmasını həyata keçirmək;
  •  Cari il üzrə olan məlumatlarla planlaşdırılan məlumatların müqayisəli təhlilinin aparılması (aylıq, rüblük, illik və göstərişə uyğun müvafiq dövr üçün) və yekun məlumatlar əsasında proqnozun hazırlanmasını təmin etmək;
  •  Növbəti il üçün görüləcək işlərin həcmi, tələb olunacaq dəniz və hava nəqliyyatı vasitələrinə dair proqnozun aidiyyəti üzrə göndərilməsini təmin etmək;
  •  Sifarişə uyğun olaraq dəniz və hava nəqliyyatı vasitələrinə olan tələbatın təhlil edilməsi:
  •  Gündəlik verilən sifarişə əsasən əvvəlcədən müəyyən edilmiş dislokasiyalar üzrə araşdırılmasını təmin etmək;
  •  Sifarişdə dəniz və hava nəqliyyatı vasitələrinin növü, yükün çəkisi, sərnişinlərin sayı, tələbin məqsədi, tarixi, vaxtı və qeyd olunan digər məlumatların araşdırılmasını təmin etmək;
  •  Sifariş məktubunun layihəsinin hazırlanmasını təmin etmək;
  •  Dəniz və hava nəqliyyatı vasitələrinin tipi və təyinatına uyğun olaraq istismara götürülməsi üçün telefonoqram və sifarişin hazırlanmasını təmin etmək;
  •  Müvafiq Təşkilatla əlaqə saxlanması, dəniz və hava nəqliyyatı vasitələrinin tipinə, təyinatına uyğun olaraq təyin olunmuş dislokasiya və marşrutlar üzrə göndərilməsini təmin etmək;
  •  Təşkilat daxili struktur bölmələr tərəfindən dəniz nəqliyyatı vasitələrinin sutka ərzində fəaliyyətinin hesabatı (məhsuldar və q/məhsuldar vaxtlar), hava nəqliyyatı barədə gündəlik hesabatların verilməsini təmin etmək;
  •  Dəniz və hava nəqliyyatı vasitələrinə dair sifariş sənədlərinin və hesab fakturaların işlənmiş saatlara uyğun yoxlanması, araşdırılması və təhlillərin aparılmasını təmin etmək;
  •  Dəniz və hava nəqliyyatı vasitələri üzrə xərclər barədə arayış və hesabatların hazırlanmasını təmin etmək;
  •  Təşkilatda dəniz və hava nəqliyyatı vasitələrinin iş rejiminə düzgün riayət edilməsi və səmərəliliyin artırılması üzrə tədbirləri həyata keçirimək;
  •  Dəniz və hava nəqliyyatı vasitələrinin bütün xidmətlər və bölmələr üzrə fəaliyyətinin istiqamətləndirilməsini təmin etmək;
  •  Nəqliyyatdan istifadənin effektivliyinin təmin olunması üzrə təşkilati tədbirlərin işlənib hazırlanmasını təmin etmək;
  •  Təhlükəli yüklərin qanunvericiliyə müvafiq qaydada daşınmasına nəzarət etmək; • Nəzərdə tutulmayan (fors – major) təxirəsalınmaz işlərin görülməsi üçün dəniz və hava nəqliyyatı vasitələrinin sifarişinin hazırlanmasını təmin etmək.

Xüsusi tələblər

• Nəqliyyatın idarə olunması;

• Dəniz nəqliyyatı vasitələrinin və helikopterlərin texniki xarakteristikalarını, əsas konstruktiv xüsusiyyətlərini, təyinatını, yük və sərnişin tutumunu və s.;

• Dəniz nəqliyyatı vasitələrinin meteoroloji şəraitə uyğun davamlığını;

• Dəniz nəqliyyatı vasitələri və helikopterlərlə daşımaların planlaşdırılması qaydalarını;

• Neft-qaz yataqlarının dəniz özüllərinin və sahil yanalma, yükləmə və boşaltma körpülərinin yerləşməsini;

• Barjın (özüyeriməyən və ya yedəyə alınan gəmi, kərəcə) istismarı;

• Əməyin təhlükəsizliyi;

• Sanitariya-gigiyena;

• Yanğın mühafizəsinin əsasları.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər