Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti ayaqaltıları və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilendən hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 800 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.
Mühəndis (Təsisçi köməkçisi)
İşin təsviri:
• Rəhbərin iştirak edəcəyi toplantılarda iştirak edərək, müvafiq təqdimatların aparılması;
• Rəhbərin günlük işinin planlanması, hesabatların hazırlanması və müvafiq məlumatların araşdırılmasına yardım;
• Sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
• Daxil olan aylıq hesabatların nəzərdən keçirilməsi və oxunması, ilkin qiymətləndirilməsi, cəmlənməsi və rəhbərliyə təqdim edilməsi;
• Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
• Təhsil: Ali təhsil (Sənayə mühəndisi məzunlarına üstünlük verilir)
• Yaş həddi: 22-29
• Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
• Planlama qabiliyyəti;
• Yüksək təşkilatçılıq bacarığı;
• MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı.
Əlavə şərtlər:
• Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=142 və ya mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |