7 C
Baku
Wednesday, March 11, 2026

Mühasib (Ağcabədi) – Azərşəkər

0
Mühasib (Ağcabədi) – Azərşəkər
Ağcabədi
05.03.2026

Vakansiyanın təsviri

  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsi;
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
  • Mal-materialların , əsas vəsaitlərin və digər qiymətlilərin uçotunun aparılması və nəzarət edilməsi;
  • Təhtəlhesab şəxslər üzrə heşablaşmaların uçotunun aparılması;
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək və Debitor və kreditorlarla hesablaşmalara nəzarət etmək;
  • E-qaimə fakturalarının göndərilməsi və təqdim edilmiş E-qaimələrlə birlikdə alış sənədlərin 1C sisteminə işlənilməsi;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi;
  • Ayın bağlanmasında bütün əməliyyatların 1C sisteminə daxil edilməsi və yoxlanılması;
  • Öz işində sahib olduğu peşəkar bilik və bacarıqların tətbiq edilməsi 10. Təsərrüfat üzrə ümumi mühasibat uçotunun aparılması və sənədləşmənin qanunvericiliyə əsasən düzgün yerinə yetirilməsi.

Xüsusi tələblər

  • Ali təhsil (maliyyə, mühasibat və ya iqtisadiyyat sahəsində);
  • Mühasibat uçotu üzrə ən azı 1 il iş təcrübəsi;
  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
  • Azərbaycan dili səlis;
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi;
  • 1C/ERP sistemində işləmək bacarığı.
Müraciət etmək üçünhr@azsf.az

İşin aid olduğu sahə

KateqoriyaMühasib