Bakı
28.07.2023
Əmək haqqı: 400-500 azn (müsahibə əsas rol oynayacaq)
Vakansiyanın bağlanma tarixi: 8/15/2023
Həftəlik iş günü: 6 iş günü
Həftəlik istirahət günü:bazar
İş rejimi: 09:00-17:00
Üstünlüklər:nahar və daşınma ilə təmin edilmə, kənardan dəvət olunan işçilərə yaşamaq üçün məkan təmini
İş yeri: Ağcabədi
Vəzifələri:
- Pul vəsaitlərinin uçotu və saxlanılması üzrə əməliyyatların aparılması
- Mühasibatlıqla əlaqədar olan digər qayda və təlimatlara dair öz irad və təkliflərini bildirmək;Mаliyyə intizаmının yеrinə yеtirilməsinə və еhtiyаtlаrdаn səmərəli istifаdəyə yönəlmiş tədbirlərin işlənib hаzırlаnmаsındа və həyаtа kеçməsində iştirаk еtmək;
- Nəğd pulun hərəkəti haqqında tələb edilən forma və müddətlərdə Şirkətin fəaliyyətinə aid hesabatların işlənib hazırlanmasında iştirak etmək;
- Şirkətin maliyyə-mühasibat və hesabatlılıq sisteminin hazırlanmasında iştirak etmək;
- Kreditorlar üzrə borcların sıyahısını işləyib hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Günülük e-qaimə üzrə gələn bütün elektron qaimələri kontrol etmək və uyğunsuzluq olduqda qarşı tərəfə məlumat vermək;
- Daxili və kənar auditorlara təqdim olunan hesabatların hazırlanmasında iştirak etmək;
- Şirkət rəhbərliyinin sorğularını cavablandırmaq, daxili prosedurlarla müəyyən edilmiş digər vəzifələri, həmçinin Maliyyə direktoru, şöbə müdiri tərəfindən ona həvalə edilmiş digər vəzifələri həyata keçirmək;
- Zəruri hallarda şirkətin banklarda olan hesablaşma və digər hesablarından çıxarılan nağd pul vəsaitlərinin inkassasiyasını təşkil edərək, kassaya mədaxil etmək;
Səlahiyyətləri:
- İşinin effektiv aparılması üçün təşəbbüs irəli sürə bilər.
- Fəaliyyəti zamanı aşkar etdiyi bütün çatışmamazlıqlar barəsində bilavasitə rəhbərinə məlumat və onların aradan qaldırılması üzrə təkliflər vermək Mühasib işi üzrə operativ hesabat məlumatlarını müvafiq xidmətlərdən tələb və qəbul etmək.
- Bütün rekvizitlər üzrə lazımi qaydada tərtib edilməmiş mədaxil və məxaric sənədlərini icraya qəbul etməmək.
- Zəruri hallarda nağd pul vəsaitlərinin inkassasiyası üçün nəqliyyat vasitəsinin cəlb olunması barədə məsələ qaldırmaq.
Vəzifəyə olan tələblər:
- Mühasibat, maliyyə, biznesin idarəedilməsi, iqtisad və bənzər sahələrdən biri üzrə ali təhsilli olmalı;
- Qida istehsalı, satış sahəsi üzrə mühasib-xəzinədar vəzifəsində minimum 1 il təcrübə;
- Ən işlək Mühasibatlıq Uçotu Proqram Təminatlarından (1 C, Günəş, LOGO, LOTUS, Netsis və s.) ən azı biri ilə işləmək bacarığı;
- MS Office proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
- Sahəsi ilə bağlı qanunvericiliyi bilməsi;
- Analitik təhlil etmə qabiliyyəti
- Elektron hökümət portallarından ilkin istifadə biliklərinə malik olmaq
- E-Qaimə fakturaları ilə bağlı əməliyyatlar, elektron portallarla ilə işləmək bacarığının olması
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi hazırlanmasına dair ilkin biliklərə malik olmaq.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |