Bakı
16.11.2023
Struktur bölməsi: Maliyyə və mühasibatlıq departamenti
Bilavasitə tabe olduğu şəxs: Maliyyə və mühasibatlıq departamentinin müdiri
Əmək funksiyası:
- Rəhbərliyin göstərişi ilə ödəniş tapşırıqlarını hazırlamaq, təsdiqlənməsini və banka göndərilməsini təmin etmək;
- Bank çıxarışlarına əsasən köçürmə əməliyyatlarını 1C proqramına daxil etmək;
- Əlavə Dəyər Vergisi (ƏDV) üzrə depozit sub – hesaba nəzarət etmək, ödəmə planına uyğun olaraq köçürmə əməliyyatlarının vaxtında aparılmasını təmin etmək;
- Alınan mal-materiallar, görülən iş və xidmətlər üzrə müqavilələrin, hesab-fakturaların reyestr cədvəlini hazırlamaq;
- Hər iş günü bankla əlaqə saxlayıb əvvəlki günün sonuna bank hesabı üzrə qalığı, ödənişlərin statusu və daxilolmalar barədə məlumatı əldə etmək;
- Vergi bəyannamələri barədə müvafiq məlumatları (Excel) cədvələ daxil etmək və aparıcı mühasibə təqdim etmək;
- Ezamiyətlərin qeydiyyat reyestrini hazırlamaq;
- Tələb olunan pul vəsaiti üçün avans tələbi formları hazırlamaq və müvafiq qaydada təsdiqlənməsini təmin etmək;
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;
- Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Bilməlidir:
- Mühasibat uçotu haqqında qanunvericiliyi, Vergi qanunvericiliyini;
- Maliyyə hesabatlarının formasını və aparılma qaydalarını, mühasibatlıqda tətbiq olunan elektron proqramları;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum): Bakalavr
- İxtisası: Mühasibatlıqla əlaqəli ixtisas üzrə
- İş təcrübəsi (minimum): Mühasibatlıq sahəsində 5 (beş) ildən az olmayaraq əmək stajı
- Dil bilikləri: Azərbaycan; rus və ingilis dili (arzuolunandır)
- Kompüter bilikləri: MS ofis proqramları, “1C”
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |