Bakı
10.12.2024
İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətdə mühasibat uçotunun təşkili və gündəlik əməliyyatların aparılmasını təmin etmək;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Elektron qaimə faktura, hesab fakturalarının işlənməsi
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
Namizədə tələblər:
- Təhsil: Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil;
- İş Təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il professional iş təcrübəsi (Vergi Mühasibi kimi Consulting -və Xidmət sahəsi üzrə fəaliyyət göstərən şirkətlərdə təcrübəsi olanlara üstünlük veriləcəkdir);
- Advanced Excel bilikləri mütləqdir (yüksək səviyyədə funksiya və formulalarla işləmə bacarığı);
- Rəsmi müqavilələrin hazırlanması üzrə təcrübə;
Şəxsi Keyfiyyətlər:
- Özünü inkişafa meyilli, təşəbbüskar, təcrübəsinə güvənən, punktual və nizam-intizamlı;
- Multitasking bacarıqları; mühasibatlıqla bağlı fərqli və müxtəlif yönümlü proseslərdə əməliyyatları idarə etmə bacarığı;
- Riyazi zəka, analiz etmə bacarığı və həll yönümlü olmaq;
- Disiplin, məsuliyyətli və dəqiq olmaq, o cümlədən planlaşdırma və vaxtın düzgün idarə edilməsi bacarıqları;
- Yaş həddi: 28-40 (xanım)
Biz nə təklif edirik:
- Gənc və professional kollektivlə çalışmaq
- Yüksək komanda ruhunda əməkdaşlıq
- Karyera inkişafı üçün şərait
İş şəraiti:
- İş rejimi: 5/2, 09:00-18:00 (13:00-14:00 nahar)
- Əmək haqqı: (bilik və bacarıqlara uyğun)
- İş yeri: Sumqayıt, Kimya Sənaye parkı
Qeyd: Yalnız Sumqayıt şəhərində və ona yaxın ərazilərdə yaşayan, vakansiya tələbinə cavab verən namizədlərə üstünlük veriləcəkdir.
Tələblərə uyğun olan namizədlər öz CV formalarını mövzu hissədə “Mühasib” qeyd edərək elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 20.12.2024
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |