19 C
Baku
Wednesday, October 2, 2024

Mühasib – AZ International Import Company

0
Mühasib – AZ International Import Company
Bakı
30.07.2024

Tələblər:

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək) ;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • 1C 8.3 (kompleks avtomatlaşdırma) proqramında sərbəst işləmə bacarığı;
  • AR Vergi Məcəlləsini bilməli;
  • Dil bilikləri: Rus dili arzu olunandır

Vəzifə öhdəlikləri:

  • Alış və satış qaimələrinin 1C ilə düzgünlüyünün yoxlanması;
  • Mal material uçotunun aparılması
  • Əvvəlki və cari dövrlərdə vergi uçotunda yaranan problemlərin həll edilməsi (təsdiqedici alt sənədlərin bərpası və təmin edilməsi);
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Verginin tələbi üzrə hesabatların hazırlanması;
  • Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasının təşkil edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Vergi hesabatlarının hazırlanması, vergi orqanına və rəhbərliyə təqdim edilməsi;
  • Xidmət göstərən şəxslərdən vergilərin və digər məcburi ödənişlərin hesablanması;
  • Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək.

Əlavə məlumat:

  • İş qrafiki: 5/2, 9.00-dan 18.00-dək;
  • Əmək haqqı: 1080 manat  (əmək haqqı artandır)
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.

[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib