İmişli
28.06.2024
Namizədə aid tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır)
- Müvafiq sahə üzrə minimum 2-5 il iş təcrübəsi;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office proqramlarının biliyi;
- İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
İş haqqında məlumat:
- Mühasib iş planının, ilkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqində, daxili mühasibat hesabatı sənədlərinin formalarının işlənib hazırlanmasında iştirak edir.
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabatının (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsində iştirak edir, operativ məlumatları təqdim edir, mühasibat (maliyyə) hesabatlarını muəyyən edilmiş müddətlərdə tərtib edir.
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edir.
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunun aparılmasında, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasında, iş və xidmətlərin yerinə yetirilməsində iştirak edir.
- Çatışmazlıqların, pul vəsaitlərinin və mal-material qiymətlilərinin qanunsuz istifadə olunmasının, maliyyə və təsərrufat qanunvericiliyinin pozulmasının qarşısının alınması üzrə öz səlahiyyətləri çərçivəsində tədbirlər görür.
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrufat maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu aparır.
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi və digər ehtiyat fondlarına ayırmalar üzrə sənədləri hazırlayır.Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədləri tərtib edir.
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparır.
İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00
Ünvan: İmişli r-u (Promalt MMC)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Mühasib ( Promalt MMC )” qeyd etməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |