Vakansiya haqqında məlumat:
Mühasib – BOA Agency
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə BOA Agency komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
İş barədə məlumat.
Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
-Elektron portal proqramı ilə işləmək bacarığının olması
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək.
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi .
– Bank əməliyyatlarının aparılması.
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi .
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi .
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək.
Tələblər:
- Təhsil : Ali
- Yaş : 25 – 31
- İş təcrübəsi : 1 ildən 3 ilə qədər
- 1C 8,3 versiyasını və MS Office proqramlarını əla bilməli.
- Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
İş şəraiti:
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Əmək müqaviləsi.
- Əmək Haqqı: 500-800 azn
- İş qrafiki-tam
- İstirahət günü-həftədə 2 gün
- İş saatları I-V saat 09:00-dan 18:00-a qədər
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |