7 C
Baku
Thursday, December 12, 2024

Mühasib – Chenot Palace

0
Mühasib – Chenot Palace
Qəbələ
13.10.2023

Ünvan: Qəbələ

Əsas öhdəliklər:

  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi.
  • Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
  • Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
  • DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
  • Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunması;
  • İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
  • Maliyyə Nəzarətçisi tərəfindən xüsusi sahə üçün müəyyən edilmiş vəzifələri Baş Mühasib və ya Böyük Mühasibin nəzarəti altında həyata keçirmək.
  • Alınmış malların bütün sənəd və fakturalarını nəzarət altında saxlamaq.
  • Mehmanxananı malla təchiz edən bütün hüquqi və fərdi şəxslərin müntəzəm şəkildə qeydlərini aparmaq (yazılı və ya elektron formada) və yeniləmək. Mallar haqqında bütün müvafiq təfərrüatları və bütün ödənilmiş və ya ödənilməsi lazım olan daxili fakturaları sistemə daxil etmək.
  • Bütün fakturalar üçün lazımi proseduranı həyata keçirmək və onlarda olan bütün əlaqədar qalıqların sifariş verilən və qəbul edilən mal hesabatı ilə uyğun gəldiyinə əmin olmaq.
  • Bütün birbaşa xərcləri yoxlamaq, düzgün bölüşdürmək və sistemə daxil etmək.
  • Ödənişləri mehmanxananın siyasət və proseduralarına uyğun şəkildə təşkil etmək.
  • Bütün ödəniş sənədlərinin məntiqi qaydada nizamlanmasını və təhlükəsiz şəkildə mühafizəsini təmin etmək.
  • Şirkətlərlə müntəzəm olaraq borcların üzləşdirilməsi və aktların hazırlanması.
  • Rəhbərliyin göstəriş və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirilməsi.
  • Ay sonu proseduralarına riayət etmək və xərclərin müəyyən edilməsinə kömək etmək.

Tələblər:

  • Maliyyə, Mühasibat uçotu və Audit, İqtisadiyyat üzrə ali təhsil;
  • Hotel sahəsində maliyyə təcrübəsi arzuolunandır;
  • Mühasibat uçotu və hesabatlıq üzrə  yüksək biliklər;
  • MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar ( xüsusilə MS Excel proqramı üzrə yüksək biliklər);
  • AR Vergi və Əmək məcəllələri, AR Mühasibat uçotu haqqında qanun  üzrə fundamental biliklər;

Faydalar:

  • Təlim imkanları
  • Qonaqlama
  • Qidalanma (işçi yeməkxanasında)
  • Servis xidməti.

Maraqlanan namizədlər CVlərini e-mail ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. [email protected]

Son müraciət tarixi 10 Noyabr, 2023.

İşin aid olduğu sahə

KateqoriyaMühasib