Bakı
29.04.2024
İşin təsviri
Namizədə tələblər:
- Maliyyə – mühasibatlıq yönümlü ali təhsil;
- Qeyd olunan sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- Elektron hökümət portallarında işləmə bacarığı;
- Vergi, əmək qanunvericiliyi üzrə məlumatlı;
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirə bilən;
- Azərbaycan dilini səlis bilmək, rus dili arzuolunandır;
- İşgüzar, məsuliyyətli, kollektivdə işləmə bacarığı;
- Yaş həddi: 22-40;
- Bəy namizədlərə üstünlük veriləcəkdir.
İş barədə məlumat:
- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyət hesablanması;
- Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması;
- Debitor və kreditor borc üzrə hesabatların hazırlanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
- İş qrafiki: Həftənin 6 günü (08:00-16:30), nahar 12:00-13:00;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Ünvan: Abşeron rayonu (Aşağı Güzdək qəsəbəsi)
Maraqlanan şəxslərdən CV-lərini “mühasib” başlığı altında elektron ünvanına göndərməsi xahiş olunur. Qeyd: yalnız e-mail ünvanına gələn cv-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |