Bakı
03.11.2023
İş saatları:
- Həftəlik 40 saat, 1 saat nahar fasiləsi
Əsas öhdəliklər:
- Debitor və kreditor borclarının izlənməsi və təhlili;
- Şübhəli Debitor borclarının müəyyən edilməsi;
- Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
- Debitorlar və kreditorlar hesablaşmalara nəzarət etmək və debitor və kreditorlar üzrə qalıqların yoxlanılması;
- Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi və iclasların təşkili;
- Debitorların izlənilməsi, gündəlik E-qaimə tərtib edilib göndərilməsi;
- Tədarükçülərlə və müştərilərlə daimi üzləşmələr edilməsi ilə bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, təhlili;
- Tədarükçülərlə və müştərilərlə daimi üzləşmələr edilməsi;
- Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi;
- Təchizatçılar və müştərilərlə mütəmadi üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanması;
- Proseslərin və xərclərin optimallaşdırılması;
- Avans hesablarının gündəlik izlənilməsi və balansa nəzarət;
- Xərc və gəlirlərin düzgün uçotunun aparılmasına nəzarət;
- Hesab-fakturalar əsasında təchizatçılarla əməliyyatların uçotu;
- Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemləri həll etmək;
- Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi;
- Açıq qalan məbləğlərin mütəmadi təhlillərinin aparılması və şirkətin daxili siyasətinə uyğun olaraq idarə edilməsi;
- Mühasibat yazılışlarını mütəmadi nəzərdən keçirmək, araşdırmalar aparmaq.
Təminatlar:
- Gündə 1 dəfə qidalanma
- Mobil nömrə
Bilik və bacarıqlar:
- Maliyyə sahəsində 1-3 il iş təcrübəsi
- ACCA FA sertifikatın olması üstünlükdür
- İş yoldaşları və bütün digər şöbələr ilə normal iş münasibətlərini qoruyub saxlamaq.
- Tələb olunduqda, yerli qanunvericiliyə riayət etmək
- Otelin ehtiyaclarına əsasən, tələb olunduqda, şöbədə baş verən hər hansı dəyişikliklərə uyğun reaksiya vermək
- Xanım namizədlərə üstünlük verilir
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər, “Mühasib (Debitor və kreditorlar üzrə)” adını mövzu hissəsində qeyd etməklə, CV formalarını 19 Noyabr 2023 tarixinədək elektron poçt ünvanımıza yönləndirə bilərlər. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |