Bakı
23.09.2024
Namizədə tələblər:
- Ali təhsil (maliyyə ixtisası üzrə olması üstünlükdür)
- Mühasib olaraq 3-5 il iş təcrübəsinin olması
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklərin olması
- 1 C sistemi üzrə bilik və təcrübələri olmalı, MS Excel üzrə-mükəmməl biliklərə sahib olmalı
- Yalnız xanım namizəd axtarılır
- Düzgün şifahi və yazılı dil biliyi;
- Yaş həddi 28-40 yaşa qədər
İş barədə məlumat:
- Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
- Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
- İnternet banking vasitəsilə ilə bütün bank əməliyyatlarının icrası;
- Şirkətin qarşılaşdığı və qarşılaşa biləcəyi riskləri müəyyənləşdirmək;
- E-taxes, E-gov.az, E-custom portallarından istifadə;
- Tender sənədlərinin sistemə daxil edilməsi;
- Əmək haqqı hesablanması.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün, saat 09:00-dan -18:00-dək
- Əmək haqqı: 700-1000
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Vakansiya ilə maraqlanan namizədlərdən “CV” lərini qeyd edilmiş [email protected] e-mail ünvanına göndərmələri və emailin mövzusu hissəsində mütləq “mühasib” qeyd etmələri xahiş olunur/
Əlaqə nömrəsi: 051 520 49 90
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |