10 C
Baku
Thursday, December 12, 2024

Mühasib – Hüquq və İnsan Haqları İnstitutu

0
Mühasib – Hüquq və İnsan Haqları İnstitutu
Bakı
08.02.2024
İş barədə məlumat– Xərclər smetasının tərtib edilməsində iştirak etmək
– Aktivlərin, öhdəliklərin və bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılması
– Növbəti büdcə ili üzrə İnstitutun büdcə layihəsinin hazırlanmasında iştirak etmək
– İnstitutun mühasibat uçotunun aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsi
– İnstitutun maliyyə-təsərrüfat fəaliyyətinin təhlil edilməsi, onların səmərəliliyinin artırılması barədə təklif verilməsi
– İnstitutun maliyyə vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində düzgün əks etdirilməsinə nəzarət edilməsi
– İnstitutun işçilərinə əmək haqqının, mükafat, ezamiyyə və s. digər ödənişlərin və xərclərin hesablanmasının təmin edilməsi və qanunvericiliklə müəyyən edilmiş tutulmaların həyata keçirilməsi
– İnstitutun fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə maliyyələşmənin tərtib edilməsi və pul vəsaitlərinin təyinatı üzrə xərclənməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi
– İnstitutun inventarizasiya komissiyasının işində nümayəndə vasitəsilə iştirak edilməsi
– İnstitutun fəaliyyət istiqamətlərinə uyğun olaraq ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi
– İnstitutun müəyyən edilmiş ştat sayı və əməyin ödənilməsi fondu dairəsində hazırlanmış ştat cədvəllərinin layihələrinə rəy verilməsi

Namizədə tələblər- Maliyyə ixtisası üzrə ali təhsil, ixtisası üzrə 3 ildən az olmayan əmək stajı (peşəkar mühasib sertifikatının olması arzuolunandır)
– Azərbaycan dili (ingilis və rus dillərini bilmək arzuolunandır)
– Mühasibat uçotu proqram təminatından və İnternet Vergi İdarəsi portalından istifadə bacarığı
– MS Office proqramlarından istifadə – yaxşı səviyyə
– İnternetdən istifadə – yaxşı səviyyə

Şəxsi xüsusiyyətlər:
– Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət keyfiyyətlərə sahib olmaq
– Yaxşı ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı
– Təşəbbüskarlıq
– Zamanı effektiv idarəetmə bacarığı

Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV mövzu sətrində vakansiyanın adı qeyd olunmalı və 5 fevral 2024-cü il (saat 15:00-dək) tarixinədək [email protected] email-nə göndərilməlidir

İşin aid olduğu sahə

KateqoriyaMühasib