Bakı
06.11.2024
İşin təsviri
Vəzifə öhdəlikləri:
- E-Qaimə fakturalarının, VHF yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Bank ödənişlərinin həyata keçirilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Müqavilələrin və digər daxil olan sənədlərin üzləşdirilərək yoxlanılması, düzgünlüyünə nəzarət edilməsi;
- Mühasibat uçotunun AR Vergi Məcəlləsinin tələbləri üzrə idarə olunması və sənədləşmələrin dəqiq və vaxtında yerinə yetirilməsi;
- Aylıq, rüblük və illik vergi (ÖMV, gəlir, mənfəət və s.), DSMF və Statistika hesabatlarının tərtib edilməsi və göndərilməsi;
- Rəhbərinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəlin hazırlanmasını təşkil etmək;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etmək;
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət edilməsi və təhlili;
- Vergilərin və digər məcburi ödənişləri hesablanmaq və ödəmək
- Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişini həyata keçirmək;
- Rəhbərlik tərəfindən verilən gündəlik (həftəlik,aylıq) işlərin icrasını nəzarətdə saxlamaq.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Ali (Mühasibat uçotu, maliyyə və ya iqtisadi yönümlü üstünlükdür)
- İş təcrübəsi: müvafiq sahədə minimum 1 il;
- Kompüter bilikləri: 1C, MS Office (Excel – yaxşı səviyyədə);
- İlkin mühasibat uçotu bilikləri
- “Internet banking” sistemində işləmək bacarığı
- Vergi Məcəlləsi və digər aidiyyəti qanunvericilik üzrə biliklər
- Azərbaycan dili, Rus və ingilis dili biliyi, İnglis dili;
- ACCA sertifikatlarının olması üstünlükdür.
- Operativlik, dəqiqlik, müştərilərlə ünsiyyət qurma bacarığı, kollektivdə komanda ilə işləmə bacarığı.
İş qrafiki və şərtləri:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00 -14:00
- Şənbə və Bazar istirahət günü.
- İş yeri: Bakı şəh., Nəsimi rayonu, Winter Park Plaza;
- Əmək haqqı: razılaşma yolu ilə
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini elektron poçt ünvanına, Mövzu hissəsində Mühasib qeyd etməklə göndərmələri xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |