3 C
Baku
Sunday, March 3, 2024

Mühasib (Lənkəran rayonu, İqtisadiyyat və uçot şöbəsi) – SOCAR

0
Mühasib (Lənkəran rayonu, İqtisadiyyat və uçot şöbəsi) – SOCAR
Bakı
02.06.2023

Vakansiyanın təsviri

  • Uzunmüddətli və qısamüddətli aktivlərin, kapital və öhdəliklərin uçotunu aparmaq;
  • Gəlir və xərcləri hesabat dövrünə düzgün aid etmək;
  • Mal-materialların mədaxil və məxaricinin sənədləşdirilməsini qüvvədə olanqanunvericiliyə uyğun olaraq aparmaq;
  •  İdarə üzrə mal-materialların analitik uçotunu və hərəkətinin qeydiyyatını aparmaq;
  • Anbarda olan mal-material qalıqlarını yoxlamaq və çatışmazlıqlar haqqında tədbirlər görmək;
  • Yerli uçotda mal-materialların mədaxil və məxaric uçotunu aparmaq;
  • Təsərrüfat daxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə İdarənin maliyyə fəaliyyətinin iqtisadi təhlilini həyata keçirmək;
  • Daxil olan pul vəsaitlərinin, əmtəə-material dəyərlilərinin tam uçotunun təşkil edilməsini, həmçinin onların hərəkəti ilə bağlı əməliyyatların uçotda vaxtında əks etdirilməsini təmin etmək;
  • Maddi dəyərlilərin qəbulu və buraxılışının rəsmiləşdirilməsi üzrə müəyyən olunmuş qaydalara riayət edilməsini təşkil etmək, əmlak və öhdəliklərin inventarizasiyası qaydalarına riayət etmək;
  • Müvafiq sənədlərin qorunması, onların müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi və arxivə təhvil verilməsini təmin etmək;
  • İdarəetmə aparatı və xidmətlər üzrə əsas vəsaitlərin sistemdə və yerli uçotda hesabatını aparmaq;
  • Pul vəsaitlərinin, əmtəə-material dəyərlilərinin çatışmazlığı və mənimsənilməsi ilə əlaqədar materialların rəsmiləşdirilməsində iştirak etmək və yazılı şəkildə rəhbərliyə məlumat təqdim etmək;
  • İdarə üzrə təbii qazın satışının və ödənişlərinin hər bir iştirakçı üzrə uçotunun tam və dürüst şəkildə aparılmasını təmin etmək;
  • Yaranmış debitor borcların vaxtlı-vaxtında yığılmasına nəzarət etmək;
  • İdarəetmə aparatı və inzibati rayonlar üzrə xidmətlərdə görülmüş iş və xidmətlərə görə daxil olan aktları , VHF və hesab fakturaları araşdırmaq,
  • İstehsal və tədavül xərclərinin, smeta xərclərinin icrasının, məhsul, iş, xidmət satışının, tikinti, quraşdırma və sair işlərin dəqiq uçotunun aparılmasını həyata keçirmək;
  • Müəyyən olunmuş müddətlərdə debitor borclarının alınmasını və kreditor borclarının ödənilməsini, ümidsiz və şübhəli borcların və digər itkilərin müvafiq qaydada silinməsini təmin etmək;
  • Hesabat tərtib etmək üçün uçotun müxtəlif sahələri üzrə məlumat hazırlamaq;
  • İşçilərə pul vəsaitinin ödənilməsi üzrə digər ödəniş cədvəllərini hazırlamaq;
  • Təsdiq оlunmuş ştat cədvəlinə, iş vaxtının uçotu tabellərinə uyğun оlaraq işçilərə əmək haqqının və ödənişlərin ödənilməsini həyata kеçirmək;
  • İşçilərin əmək haqlarından və göstərilən хidmətlərdən gəlir vеrgisini, sоsial sığоrta ayırmalarını və digər tutulmaları qüvvədə оlan qanunvеriciliyə uyğun оlaraq düzgün həyata kеçirmək;
  • Əmək haqqından ödənişlərin köçürülməsi üçün bank sənədlərini hazırlamaq;
  • Sosial sığorta və məşğulluq fonduna nəzərdə tutulmuş hesabatları təqdim etmək;
  • Ezamiyyətə gedən işçilərlə hesablaşmaların uçotunu müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirmək.

Xüsusi tələblər

  • Ali bakalavr Müvafiq sahə üzrə
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Şifahi özünüifadə
  • Microsoft Excel
  • Microsoft Outlook
  • Microsoft Word
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini;
  • Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında qanunu”nu;
  • “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ı.
  • Əmək haqqı: 888 AZN

İşin aid olduğu sahə

KateqoriyaMühasib