Bakı
02.06.2023
Vakansiyanın təsviri
- Uzunmüddətli və qısamüddətli aktivlərin, kapital və öhdəliklərin uçotunu aparmaq;
- Gəlir və xərcləri hesabat dövrünə düzgün aid etmək;
- Mal-materialların mədaxil və məxaricinin sənədləşdirilməsini qüvvədə olanqanunvericiliyə uyğun olaraq aparmaq;
- İdarə üzrə mal-materialların analitik uçotunu və hərəkətinin qeydiyyatını aparmaq;
- Anbarda olan mal-material qalıqlarını yoxlamaq və çatışmazlıqlar haqqında tədbirlər görmək;
- Yerli uçotda mal-materialların mədaxil və məxaric uçotunu aparmaq;
- Təsərrüfat daxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə İdarənin maliyyə fəaliyyətinin iqtisadi təhlilini həyata keçirmək;
- Daxil olan pul vəsaitlərinin, əmtəə-material dəyərlilərinin tam uçotunun təşkil edilməsini, həmçinin onların hərəkəti ilə bağlı əməliyyatların uçotda vaxtında əks etdirilməsini təmin etmək;
- Maddi dəyərlilərin qəbulu və buraxılışının rəsmiləşdirilməsi üzrə müəyyən olunmuş qaydalara riayət edilməsini təşkil etmək, əmlak və öhdəliklərin inventarizasiyası qaydalarına riayət etmək;
- Müvafiq sənədlərin qorunması, onların müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi və arxivə təhvil verilməsini təmin etmək;
- İdarəetmə aparatı və xidmətlər üzrə əsas vəsaitlərin sistemdə və yerli uçotda hesabatını aparmaq;
- Pul vəsaitlərinin, əmtəə-material dəyərlilərinin çatışmazlığı və mənimsənilməsi ilə əlaqədar materialların rəsmiləşdirilməsində iştirak etmək və yazılı şəkildə rəhbərliyə məlumat təqdim etmək;
- İdarə üzrə təbii qazın satışının və ödənişlərinin hər bir iştirakçı üzrə uçotunun tam və dürüst şəkildə aparılmasını təmin etmək;
- Yaranmış debitor borcların vaxtlı-vaxtında yığılmasına nəzarət etmək;
- İdarəetmə aparatı və inzibati rayonlar üzrə xidmətlərdə görülmüş iş və xidmətlərə görə daxil olan aktları , VHF və hesab fakturaları araşdırmaq,
- İstehsal və tədavül xərclərinin, smeta xərclərinin icrasının, məhsul, iş, xidmət satışının, tikinti, quraşdırma və sair işlərin dəqiq uçotunun aparılmasını həyata keçirmək;
- Müəyyən olunmuş müddətlərdə debitor borclarının alınmasını və kreditor borclarının ödənilməsini, ümidsiz və şübhəli borcların və digər itkilərin müvafiq qaydada silinməsini təmin etmək;
- Hesabat tərtib etmək üçün uçotun müxtəlif sahələri üzrə məlumat hazırlamaq;
- İşçilərə pul vəsaitinin ödənilməsi üzrə digər ödəniş cədvəllərini hazırlamaq;
- Təsdiq оlunmuş ştat cədvəlinə, iş vaxtının uçotu tabellərinə uyğun оlaraq işçilərə əmək haqqının və ödənişlərin ödənilməsini həyata kеçirmək;
- İşçilərin əmək haqlarından və göstərilən хidmətlərdən gəlir vеrgisini, sоsial sığоrta ayırmalarını və digər tutulmaları qüvvədə оlan qanunvеriciliyə uyğun оlaraq düzgün həyata kеçirmək;
- Əmək haqqından ödənişlərin köçürülməsi üçün bank sənədlərini hazırlamaq;
- Sosial sığorta və məşğulluq fonduna nəzərdə tutulmuş hesabatları təqdim etmək;
- Ezamiyyətə gedən işçilərlə hesablaşmaların uçotunu müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirmək.
Xüsusi tələblər
- Ali bakalavr Müvafiq sahə üzrə
- Məsuliyyət
- Nizam-intizam
- Dürüstlük
- Etik davranış
- Şifahi özünüifadə
- Microsoft Excel
- Microsoft Outlook
- Microsoft Word
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini;
- Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında qanunu”nu;
- “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ı.
- Əmək haqqı: 888 AZN
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |