10 C
Baku
Thursday, December 12, 2024

Mühasib (Lənkəran şəhəri üzrə) – Kristal Abşeron MTK

0
Mühasib (Lənkəran şəhəri üzrə) – Kristal Abşeron MTK
Lənkəran
16.09.2021

Şirkət: “Kristal Abşeron” MTK
Vəzifə: Mühasib (Lənkəran şəhəri üzrə)

Tələblər:

– Ali təhsil;
– 1C yüksək səviyyədə bilmək;
– Analoji sahədə ən azı 3 il iş təcrübəsi (Tikinti sahəs üzrə təcrübə arzuolunandır);
– Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
– Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq;
– Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır;
– Komandada işləmək bacarığı;
– Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

Vəzifə öhdəlikləri:

– İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu, nəzarətini həyata keçirtmək
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət
– Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
– Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Mühasibat Standartalarına uyğun uçotunu təmin etmək
– Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi
– Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi
– Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
– Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak etmək, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək
– Maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s.)
– Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək

İş şəraiti:

– 6 günlük iş qrafiki;
– İş yeri: Lənkəran şəhəri
– Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Mühasib (Lənkəran şəhəri üzrə)” üzrə yazmaqla ”[email protected]” elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasib