14 C
Baku
Thursday, April 24, 2025

Mühasib (Maliyyə şöbəsinin Hesabatlılıq bölməsinə) – TƏBİB

0
Mühasib (Maliyyə şöbəsinin Hesabatlılıq bölməsinə) – TƏBİB
Bakı
09.04.2025

Vakansiyanın təsviri

  • Mövcud iş yeri: Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi
  • Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
  • Maliyyə əməliyyatlarının mühasibat uçotuna alınması və sənədləşdirilməsi;
  • Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Mühasibat balansı və digər maliyyə hesabatlarının hazırlanması;
  •  Vergi və maliyyə qanunvericiliyinin tələblərinə riayət olunmasının təmin edilməsi;
  • Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət edilməsi;
  • Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinə nəzarət edilməsi;
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətini təşkil və nəzarət edilməsi;
  • Tibb müəssisəsi tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə nəzarətin edilməsi;
  • Mühasibatlıqla bağlı digər tapşırıqların yerinə yetirilməsi.
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Xüsusi tələblər

  • Ali təhsil (iqtisadiyyat və idarəetmə sahəsi üzrə);
  • Sahə üzrə 1 il iş təcrübəsi;
  • Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə).
  • Komandada işləmə;
  • Məsuliyyətlilik;
  • İntizamlılıq;
  • Nəticəyönümlülük.

Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur: 

  • CV [email protected] ünvanına göndərilməlidir;
  • Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (RTTTYM–mühasib) qeyd olunmalıdır;
  • CV-lər 15.04.2025-ci il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib