14 C
Baku
Tuesday, April 1, 2025

Mühasib – Maybo Calibration MMC

0
Mühasib – Maybo Calibration MMC
Bakı
26.02.2025

Vəzifə və öhdəliklər:

  • Maliyyə platformaları ilə işləmə bacarığı: BTP, e-taxes.gov.az, ƏMAS, e-customs, İSB.
  • Müqavilələrin, hesab-fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının tərtibi.
  • DSMF, statistika və məşğulluqla bağlı hesabatların (aylıq, rüblük, illik) hazırlanması.
  • ÖMV bəyannamələrinin hazırlanması (icarə, dividend, xaricə ödənişlər və s.).
  • ƏDV bəyannamələrinin hazırlanması
  • Əmək haqqı, tabel, məzuniyyət və son haqq-hesabların dəqiq hazırlanması.
  • Vergi sisteminə daxil olan məktubların oxunması, təhlili və cavablandırılması.
  • EFP proqramı vasitəsilə elektron qaimələrin hazırlanması.
  • Dövlət və özəl sektor üzrə əmək haqlarının hesablanması, tutulmaların dəqiq müəyyənləşdirilməsi.
  • E-Bəyannamə sisteminin bütün bölmələri üzrə ümumi biliklər.
  • Şəxsi Hesab Vərəqəsindəki məlumatların düzgün analiz edilməsi.
  • İnternet banking əməliyyatları: Bankdaxili, ölkədaxili, ölkəxarici, valyuta mübadiləsi, əməkhaqqı ödənişləri, dövlət büdcəsinə ödənişlər və kütləvi əməliyyatların icrası.
  • Debitor/kreditorlar üzrə Excel cədvəllərinin hazırlanması və müvafiq əməliyyatların aparılması.

Namizədə olan tələblər:

  • Ali təhsil (mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ixtisas üstünlükdür).
  • Yalnız xanım namizədlər müraciət edə bilər.
  • Kompüterdə sərbəst işləmə bacarığı (1C 8.3, Excel, Word və digər mühasibat proqramları).
  • Yaş: 23-35
  • İş təcrübəsi – 1 ildən 3 ilə qədər.

Əmək şəraiti:

  • Əmək haqqı: 600-700 AZN
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.
  • İş rejimi: həftənin 5 iş günü.
  • İş saatı: 09:00-dan 18:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək).
  • Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev 273E.

Əlaqə nömrəsi: +994 51 225 48 05

Tələblərə uyğun namizədlər mövzu hissəsində “Mühasib” başlığını qeyd edərək elektron poçt ünvanına CV göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib