NOVCO Şirkətlər Qrupu 21 ildir ki, Azərbaycanda moda/ pərakəndə satış sahəsidə fəaliyyət göstərir. Şirkətimiz ölkəmizin sərhədləri ilə məhdudlaşmayaraq Türkiyədə, Gürcüstanda, Özbəkistanda bir neçə Dünya bendlərini təmsil edir. Calvin Klein, Coccinelle, Tommy Hilfiger, Lacoste, Bebe, Adidas, Monnalisa, Pablosky, Adl, Accessorize, United Colors of Benetton, Sisley, Carolina Herrera kimi tanınmış geyim və aksesuar brendlərini özündə birləşdirir.
“Bizim komandaya sən də qoşul!”
Vəzifə: Mühasib
Vəzifə öhdəlikləri:
– Şirkətin mühasibat işlərinin aparılması, vergi uçotu və DSMF, Statistika ilə bağlı hesabat və əməliyyatlar
– Nəğd vəsaitlərin hərəkəti ilə əlaqəli hesabatların hazırlanması
– Bank əməliyyatlarının həyata keçirilməsi və.s
Tələblər:
– Maliyyə və ya Mühasibatlıq sahəsində ali təhsil
– Maliyyə və ya mühasibatlıq sahəsində 1 ildən çox iş təcrübəsi
– Vergi məcəlləsini yaxşı bilməli
– MS Office (xüsusilə Excel) və 1C 8.2 , 8.3 bilikləri
– PL, Cash flow, təhtəl hesab üzrə hesablaşma, kassa, bank əməliyyatlarını bilməli
Əmək şəraiti:
– Sənədləşmə, əmək məzuniyyəti və. s prosedurlar Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir
Vakansiyaya uyğun olan namizədlər CV-lərini [email protected] ünvanına mövzu yerində “Mühasib” yazaraq göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər, Mühasib |