11 C
Baku
Saturday, April 5, 2025

Mühasib – Premium Mining

0
Mühasib – Premium Mining
Bakı
30.01.2025

Vəzifə öhdəlikləri:

  • Kreditorlarla hesablaşmaların aparılması, Kreditor cədvəlinin mütəmadi yenilənməsi, kreditor üzrə sənədləşmələri aparmaq, kreditor borcların yaranmasına və silinməsinə ciddi nəzarət edilməsi və yaranmış kreditor borcları 1C proqramına işləmək.
  • Vaxtaşırı kreditorlarla üzləşmə aktlarının tərtibi.
  • Hər rüb ÖMV bəyannaməsinin tərtib edilməsi və baş mühasibə təqdim edilməsi.
  • Aylıq ƏDV bəyannaməsinin verilməsi üçün əvəzləşmələrin tərtib edilib baş mühasibə təqdim edilməsi.
  • Müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir. Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparır.
  • İşçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
  • Məzuniyyətlərin, ezamiyyətlərin, əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqəsinin, işçilərin son haqq-hesabının və s. hesablamalarının həyata keçirilməsi və ödəniş cədvəllərinə işlənilərək ödənişə hazır vəziyyətə gətirilməsi və internet banka yüklənməsi;
  • DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
  • Rüblər üzrə Vahid bəyannamənin hazırlanıb Vergi orqanına göndərilməsi;
  • İşçilərin əmək haqqı ilə bağlı bütün suallarının vaxtında cavablandırılması;

Namizədə tələblər: 

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Ali təhsilli
  • Microsoft Word, Excel, 1C

İş şərtləri: 

  • İş rejimi: 5 günlük
  • İş saatı: 09:00 – 17:00
  • İş yeri Şıxov-da yerləşir
  • İşə gəlib-getmək üçün nəqliyyat servisi var
  • Əmək haqqı: Razılaşma yolu ilə

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron poçt ünvanına mövzu yerinə “mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaMühasib