“Rəvan Sığorta” ASC mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri – Bakı şəhəri
Yaş həddi – 21-35
Təhsil – Ali
İş təcrübəsi – 1 ildən yuxarı
Əlaqə nömrəsi: 012-448-33-11
Email: [email protected]
İş barədə məlumat
− Kassa əməliyyatlarının uçotunun aparılması;
− Debitor və Kreditorlarla hesablaşmalar;
− Rüblük mühasibatlıq və vergi proqnozlarının hazırlanılması;
− Vergi (ÖMV, MV, MÖMV), DSMF, Statistika, Məşğulluq və digər hesabatların hazırlanılması və təqdim edilməsi;
− Vergi orqanlarında obyektlərin və kassa aparatlarının qeydiyyata alınması və qeydiyyatdan çıxarılması;
− Əmək haqqı üzrə vergi və sosial sığorta ödənişlərinin həyata keçirilməsi;
− Elektron qaimələrin yazılması, təhvil – təslim aktları və müqavilələrin hazırlanılması;
− İnternet Bankinqin idarə olunması;
− Dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və aidiyyatı sorğuların cavablandırılması;
− İllik Maliyyə hesabatlarının hazırlanılması (Maliyyə Vəziyyəti Haqqında Hesabat – MVHH, Mənfəət və Zərər Haqqında Hesabat – M/ZHH, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat – PVHHH).
– İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00;
– Əmək haqqı – 900 manat.
Namizədə tələblər
– Maliyyə və ya mühasibatlıq sahəsində ali təhsil
– Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) Səviyyə: Əla
– Cinsi : Kişi;
– Məsuliyyətli və işində dəqiq;
– Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |