Şuşa
12.04.2023
Vakansiyanın təsviri
- İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu, nəzarətini həyata keçirtmək;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
- Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
- Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların mühasibat standartalarına uyğun uçotunu təmin etmək;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
- Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;
- Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək;
- Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak etmək, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək;
- Maliyyə hesabatlarının hazırlanması.(Balans, Mənfəət və Zərər, Pul) vəsaitlərinin hərəkəti haqqında hesabat və s;
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.
- İş şəraiti: 6 günlük iş qrafiki;
- İş yeri: Şuşa
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Xüsusi tələblər
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və ya audit);
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi (Tikinti sahəsi üzrə təcrübə arzuolunandır);
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi üzrə biliklərə sahib olmaq;
- Azərbaycan dilini mükəmməl bilməli;
- Komandada işləmək bacarığı;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |