“ALPHA TRADE GROUP” MMC praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, komandada işləməyi bacaran gənc xanımlar üçün Mühasibatlıq şöbəsində 3 aylıq ödənişsiz “Mühasib Təcrübə Proqramı” -nı açıq elan edir. Sağlam nəticə göstərən əməkdaş 3 aylıq proqram bitdikdən sonra rəsmi müqavilə ilə qeydiyyata alınaraq iş ilə təmin ediləcək.
Tələblər:
• Ali təhsil;
• Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
• Öhdəsinə düşən digər əmək funksiyalarının vaxtında və operativ yerinə yetirilməsi
• Özündə yeni bilik və bacarıqları inkişaf etdirmək istəyinə olan həvəsi.
Təcrübə proqramı hansı fəaliyyətləri əhatə edəcək?
• Kadr kargüzarlığı ilə bağlı bütün sənədləşmə proseslərin həyata keçirilməsi;
• İşə qəbul və azad olunma proseslərinin aparılması;
• Məzuniyyətlərin verilməsi proseslərinin aparılması;
• 1C 8.3 proqramda uçot əməliyyatları Bank, debitor kreditor ves əməliyyatları
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
• Vergi hesab fakturaların yazılması və s.
İş qrafiki: Həftədə 5 gün, 10:00-dan 18:00-dək
Əlaqə telefonu : 0512071575
E-mail : [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib, Təcrübə proqramları |