10 C
Baku
Thursday, December 12, 2024

Mühasib – Turan Legal and Tax Services LLC

0
Mühasib – Turan Legal and Tax Services LLC
Bakı
27.05.2024

İş barədə məlumat:

  • Mühasibat şöbəsinin işini düzgün, qaydalara və qanunvericiliyə uyğun icra etmək
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak etmək
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
  • Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
  • Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
  • Gündəlik və aylıq hesabatların tərtib edilməsi
  • Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək
  • Bütün bank əməliyyatların icra edilməsi
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq

Tələblər:

  • Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Müvafiq sahədə minimum 1 (bir) il iş təcrübəsi;
  • Office proqramlarında, əsasən EXCEL-də yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
  • Dil biliyi: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili və ya İngilis dili bilikləri olan şəxslərə üstünlük veriləcək
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək;
  • İstirahət: Şənbə – Bazar günləri

Namizələrdən  mövzu yerində “Mühasib” vakansiyasının adını göstərərək CV-lərini e-poçt ünvanına göndərmələri xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib